Uhanda koronavirusdan ölənlərin sayı yarıbayarı az göstərilir - İDDİA

Uhanda koronavirusdan ölənlərin sayı yarıbayarı az göstərilir - İDDİA
Kateqoriya məlum deyil
T
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Çində koronavirusdan ölənlərin rəsmi sayının gerçəyi əks etdirmədiyi iddia olunur.

"Report” "Euronews”a istinadən xəbər verir ki, bunu Pekin mərkəzli "Caixin” qəzeti yazıb.

Məqalədə qeyd olunub ki, Uhanda koronavirus qurbanlarının nəşi yandırıldıqdan sonra külü doldurulan qabların sayı həddidən artıq çoxdur.

Rəsmi məlumata görə, Uhanda 3 300-ə yaxın insanın pandemiyanın qurbanı olmasına baxmayaraq, qəzet son həftələrdə şəhərə 6 500 ədəd kül qabının gətirildiyini yazıb.

Bundan başqa, qəzet krematiriyaların qarşısında yaxınlarının külünü götürmək üçün gələn insanlardan ibarət 200 metr uzunluğunda sıranın olduğunu da vurğulayıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 200 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 788 000-ü ötüb. Bunların 166 424 nəfəri sağalıb, 37 877 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR