Logo

Toyda 5, yasda 10 nəfər iştirak edəcək - Avstraliyada

Toyda 5, yasda 10 nəfər iştirak edəcək - Avstraliyada
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Covid-19 Avstraliyada da  yayılmağa başlayıb. Bu ölkədə virusdan 17 nəfər ölüb.

Sfera.az xəbər verir ki, Baş nazir Skott Morrison virusla mübarizə çərçivəsində qüvvəyə minəcək qərarları açıqlayıb. Morrison avstraliyalılara tibbi və ərzaq ehtiyaclarını qarşılamaq, iş və məktəbə getmək istisna olmaqla evdə qalmalarını tövsiyə edib. Yeni qərara görə, açıq və qapalı məkanlarda iki nəfərdən çox insanın bir yerə toplaşması qadağan edilib. Toylarda 5, yas mərasimlərində isə maksimum 10 nəfər bir araya gələ bilər. Qaydalara əməl etməyənlər hər əyalətdə fərqli şəkildə cəzalandırılacaq.

Xatırladaq ki, Avstraliyada daha əvvəl idman zalları,muzeylər, ibadət yerləri və barların fəaliyyəti dayandırılmışdı. (yeni sabah)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR