Logo

İranda koronavirus daşıyıcılarının sayı 30 minә yaxınlaşıb

İranda koronavirus daşıyıcılarının sayı 30 minә yaxınlaşıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İranda yeni koronavirus (COVID19) daşıyıcılarının sayı 29 406 nәfәrә çatıb.

Sfera.az-ın trend-ə istinadla məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mәtbuat xidmәtinin rәhbәri Kiyanuş Cahanpur deyib. Onun sözlərinə görə, ötәn 24 saat әrzindә İranda bu virusa 2 389 nəfәr yoluxub.

Cahanpur әlavә edib ki, ötәn sutkada 157 nәfәrin bu virus nәticәsindә ölmәsi öz tәsdiqini tapıb. Belәliklә, İranda koronavirusun yeni növünün yayılması nәticәsindә 2 234 nәfәr ölüb. Tәxminәn 2 746 nәfәrin vәziyyәti ağır qiymәtlәndirilir.

Nazirlik rәsmisi 10 457 nәfәrin müalicә olunaraq sağaldığını deyib.

Cahanpur bildirib ki, İranda 50,8 milyon nәfәr koronavirus testindәn keçib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR