İran 11 sentyabr qurbanlarının ailələrinə milyardlarla dollar ödəməli olacaq

İran 11 sentyabr qurbanlarının ailələrinə milyardlarla dollar ödəməli olacaq
İrandan 11 sentyabr terror aktında həlak olanların ailələrinə və sığorta şirkətlər qrupuna təzminatın ödənməsi tələb olunur. 
Oxu.Az "forbes.ru”ya istinadən xəbər verir ki, bu barədə Nyu-Yorkun dairə hakimi Corc Deniels qərar qəbul edib.
Qərara görə, təzminantın məbləği 10,5 milyard dollardır. Bu məbləğin 7,5 milyard dollara yaxını Ümumdünya Ticart Məkəzində qüllələrdə və Pentaqon binasında həlak olanların ailələrinə ödənilməlidir.
Sığorta şirkətlərinə, o cümlədən 2001-ci ildə sentyabrın 11-də terror aktları nəticəsində meydana gələn sığorta hallarına görə ödənişlər edən "Chubb LTD”-yə İran 3 milyard dollar ödəməlidir.
Qeyd edək ki, hakim Deniels İranın Nyu-Yorkda, Vaşinqtonda və Pensilvaniya ştatında 2001-ci ilin sentyabrın 11-də terror aktları törədən 19 terrorçuya yardım etdiyinə dair ittihamlara cavab verə bilmədiyini etiraf edib. Bu terror aktları nəticəsində 2977 nəfər ölüb.
Beləliklə də hakim hesab edir ki, Tehran terror aktları tərəfindən vurulan ziyana görə məsuliyyət daşımalıdır.
Xatırladaq ki, 2001-ci ilin sentyabr ayının 11-də "Əl-Qahidə” terror qrupuna aidiyyatı olan 19 terrorçu dörd sərnişin təyyarəsini ələ keçiriblər. Hər qrup ilkin uçuş hazırlığını keçən minimum bir üzvə sahib idi.
Zəbt edilən təyyarələrdən ikisini onlar Manhettenin cənub hissəsində yerləşən Ümumdünya Ticarət Mərkəzinin əkiz qüllələrinə yönəltdilər.
Üçüncü təyyarə Vaşinqton yaxınlığında Pentaqon binasına istiqamətlənmişdi. Sərnişinlərin terrorçulara müqavimət göstərməyə çalışdıqları dördüncü təyyarə isə Pensilvaniya ştatında qəzaya uğradı.

OXŞAR XƏBƏRLƏR

Evlilik və ya münasibəti bitirmək üçün istifadə edilən QƏRİBƏ XİDMƏT

Yaponiyada bir münasibətə son qoymaq istəyirsinizsə, bunu sizin üçün peşəkar şəkildə etmək üçün birini işə götürə bilərsiniz. Kino səhnəsi kimi səslənsə də, tam...

Müasir moda təbiəti öldürür: Dünya brendləri bataqlıq ərazilərdə...

Avropalı istehlakçılar tərəfindən atılan və Qanaya göndərilən geyimlər qorunan bataqlıq ərazilərdə böyük bir poliqonda tapılıb.   Sfera.az bildirir k...

100 il əvvəl ortaya çıxan və "Yuxu epidemiyası"nın sirri nə idi?

20-ci əsrin əvvəllərində dünya bir çox sirli xəstəliklərlə mübarizə aparırdı. “Yuxu xəstəliyi” kimi tanınan ensefalit letargika minlərlə insanın həy...

Boşanma şayiələri yayılan Mişel Obama başqa siyasətçi ilə görünsü - FOTO

Uzun müddətdir ki, ABŞ-ın 44-cü prezidenti Barak Obamanın boşanacağı ilə bağlı şayiələr dolaşır. O, həyat yoldaşı ilə getdikcə daha az görünür.   Sfera...

Bakıda üçüncü sinif şagirdi qəfil vəfat etdi

Bakıda üçüncü sinif şagirdi qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər.   Qeyd olunub ki,...

Emin Ağalarov: "Plyuşenko çempionlar yetişdirəcəyinə söz verib"

Azərbaycanın Xalq artisti, iş adamı və müğənni Emin Ağalarov Azərbaycanda fiqurlu konkisürmə idmanına marağı niyə yüksəltmək qərarına gəldiyini, bu səbəbdən buz...