Logo

Özbəkistan beş ölkə ilə sərhədlərini bağlayır

Özbəkistan beş ölkə ilə sərhədlərini bağlayır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
 Koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində Özbəkistan 23 mart tarixindən etibarən beş ölkə ilə sərhədlərin müvəqqəti bağlanmasına dair qərar verib.

Sfera.az report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabinetinin əməliyyat qərargahı məlumat yayıb.

"Martın 23-ü saat 00: 01-dən etibarən bütün şəxslər (Özbəkistanı tərk edən digər ölkələrin vətəndaşları istisna olmaqla) üçün mövcud sərhəd-keçid məntəqələri bağlanır. Müvafiq addım ölkə vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması məqsədilə atılır”-deyə, məlumatda qeyd olunub.

Qeyd edək ki, hazırda Özbəkistanda 42 nəfər koronavirusa yoluxub.

Xatırladaq ki, Özbəkistan Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Əfqanıstan və Tacikistanla həmsərhəddir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR