Kiyevdə bütün ictimai nəqliyyatın hərəkəti dayandırılır
23:50 / 21.03.2020
8819
Kiyevdə martın 22-dən etibarən ictimai nəqliyyatla sərnişin daşınmaları tamamilə dayandırılacaq.
"Ukrainskaya pravda”nın məlumatına görə, bu barədə ölkənin Daxili İşlər naziri Arsen Avakov bildirib.
Məhdudiyyətlər təcili yardım, aptek və ərzaq mağazalarının işçilərindən başqa hər kəsə şamil olunur. Kiyevin şəhər rəhbərliyi bu məlumatı hələlik təsdiqləməyib.
Bundan əvvəl Avakov bəyan etmişdi ki, Ukraynada koronavirusun yayılması ilə əlaqədar yeni sərt məhdudlaşdırıcı tədbirlər görüləcək. O, "ümumi karantin”də israrlı olduğunu və Ukrayna hökumətinin də bu məsələyə baxdığını etiraf edib.
Qeyd edək ki, Kiyev, Dnepr və İvano-Frankovsk bölgələrində martın 20-dən fövqəladə rejim tətbiq edilib.