Tramp koronavirusa qarşı bu dərmanları məsləhət bildi

Tramp koronavirusa qarşı bu dərmanları məsləhət bildi

ABŞ Prezidenti Donald Tramp koronavirusa qarşı istifadə oluna biləcək dərmanların siyahısını açıqlayıb. Dövlət başçısı həmin dərmanlardan- hidroksixloroxin və azitromisindən sınaq kimi istifadə etməyi məsləhət bilib.

Sfera.az xəbər verir ki, o, bu barədə rəsmi tvitter hesabında açıqlama yayıb. "Tibb tarixinin ən böyük oyununun gedişatını dəyişdirmək üçün real imkanlar var. ABŞ-ın Ərzaq və Dərman Administrasiyası böyük uğura imza atıb. Ümid edirəm onlar tezliklə istifadəyə veriləcək. İnsanlar ölürlər, cəld hərəkət eləmək lazımdır. Tanrı hər kəsi qorusun",- deyə Tramp bildirib.

Lakin bir sıra tibbi ekspertlər bu açıqlamanın əsassız olduğunu qeyd edib. Milli Allergiya və İnfeksion Xəstəliklər İnstitunun icraçı direktoru Entoni Fausi dərmanların müsbət nəticə verib-verməyəcəyi barədə sualla "yox" cavabını verib. 

"Buna dair heç bir kliniki sınaq və sübut yoxdur",- deyə Dr. Fausi qeyd edib.

Qeyd edək ki, hidroksixloroxin malyariya xəstəliyinə qarşı istifadə olunan dərman olaraq bilinir. Azitromisin isə antibiotik kimi istifadə olunur. (qafqazinfo)


OXŞAR XƏBƏRLƏR