Paşinyan Yerevan apteklərində maska və spirt tapmadı

Paşinyan Yerevan apteklərində maska və spirt tapmadı
 Ermənistanın baş naziri Nikol Paşinyan təhsil, elm, mədəniyyət və idman naziri Araik Arutunyanla paytaxt Yerevanın apteklərinə baş çəkməyə qərar verib.
 

Sfera.az xəbər verir ki, bu barədə report Ermənistan mətbuatına istinadən xəbər verir.

Məlumata görə, apteklərdəki müşahidələrini sosial şəbəkədə birbaşa yayımlayan baş nazir bir sıra malların defisit olduğunu aşkarlayıb.

"Maska, spirt və alkoqol yoxdur", - aptekin işçisi Paşinyana və Arutunyana bildirib. İşçi malların neçə gündür olmaması barədə suala "iki gündür yoxdur”, - cavabını verib.

"Bu pisdir. Maska problemi haqqında bilirik, amma alkoqol olmalıdır", - baş nazir fikirlərini yekunlaşdırıb.

Bundan sonra Paşinyan və Arutunyan başqa aptekə daxil olublar. Həmin aptekdə də spirt və alkoqol tapılmayıb.

Baş nazir həmçinin üçüncü aptekdə də həmin malların yoxluğunun şahidi olub.

Ötən gün Ermənistanda koronavirusa yoluxanların sayı 78 nəfərə çatıb.

Xatırladaq ki, Ermənistan hökuməti iki gün əvvəl COVID-19 yayılmasına görə ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edib. Xüsusi rejim aprelin 14-ə qədər qüvvədə olacaq.



OXŞAR XƏBƏRLƏR