Logo

Koronavirusun qeydə alındığı ölkələrin sayı 146-ya çatdı

Koronavirusun qeydə alındığı ölkələrin sayı 146-ya çatdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Afrika qitəsində yerləşən Ruandada koronavirusa ilk yoluxma halı qeydə alınıb.

Sfera.az xəbər verir ki, bunu Ruandanın Səhiyyə Nazirliyi açıqlayıb.

Məlumata görə, yoluxan şəxs Hindistan vətəndaşıdır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 146 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 145 930-a çatıb. Bunların 72 553 nəfəri sağalıb, 5 440 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. Avropa isə pandemiyanın episentri sayılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR