Logo

Niderland hökuməti ölkədə koronavirusa ilk yoluxma faktını qeydə alıb

Niderland hökuməti ölkədə koronavirusa ilk yoluxma faktını qeydə alıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Niderland hökuməti ölkədə koronavirusa ilk yoluxma faktını qeydə alıb.

Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Niderlandın Milli Səhiyyə və Ətraf Mühit Nazirliyi məlumat yayıb.

Qurum bildirir ki, söhbət Tilburq şəhərindən olan kişidən gedir. O, bu yaxınlarda koronavirusun yayıldığı İtaliyanın Lombardiya vilayətində olub.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının ən son məlumatına görə, Çindən kənarda koronavirusa yoluxanların sayı 3664 nəfərə çatıb, 57 nəfər dünyasını dəyişib. Bütün dünyada ölümcül virusa yoluxanların sayı 82294-dür.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR