Putin öz baş nazirinin həyat yoldaşını mükafatlandırdı

Putin öz baş nazirinin həyat yoldaşını mükafatlandırdı
Rusiya prezidenti Vladimir Putin baş nazir Dmitri Medvedyevin həyat yoldaşı Svetlana Medvedyevanı fəxri fərmanla mükafatlandırıb.
Oxu.Az xəbər verir ki, Kremlin saytında verilən məlumata görə, beləliklə, prezident Kronştad Dəniz Kilsəsinin bərpasındakı xidmətlərinə görə nazirin həyat yoldaşını "Fəxri diplom”la təltif edilib.
Kronştad Dəniz Kilsəsi keçən əsrin əvvəlində həlak olan dənizçilərin xatirəsinə ucaldılıb. Bu kilsə Rusiya imperiyasının ən iri və sonuncu kilsəsi idi.
Sovet illərində kilsəni əvvəlcə kinotetar, daha sonra isə həbri-dəniz muzeyi kimi istifadə ediblər. SSRİ süqutundan sonra kilsəni bərpa etmək qərarı qəbul edilib. Onun bərpası bir neçə il davam edib.
Kilsədə ən böyük mərasim 2013-cü ildə olub. Bir il bundan öncə isə kilsədə keçirilən ayində Svetlana Medvedyeva əri ilə iştirak edib. Məraismdən sonra patriarx Kirill ona "1-ci dərəcəli Şöhrət”  və "Şərəf” ordeni təqdim edib.
Svetlana Medvedyevanın artıq bir neçə pravoslav mükafatı, o cümlədən Kiril və Mefodi mükafatı və II dərəcəli knyaqina "Olqa” ordeni var. Onun həmçinin Rusiyada ilk ailə gününün keçirilməsinə görə, patrirarxdan aldığı fəxri fərmanı var.

OXŞAR XƏBƏRLƏR