Dünya şöhrətli PROFESSORDAN sevindirici xəbər: Koronavirus tezliklə bitəcək!

Dünya şöhrətli PROFESSORDAN sevindirici xəbər: Koronavirus tezliklə bitəcək!
 Stanford Universitetinin professoru, kimya üzrə Nobel mükafatı laureatı Maykl Levitt koronavirus pandemiyasının sona çatacağını proqnozlaşdırır.

Sfera.az xəbər verir ki, bu barədə "Los Angeles Times"da nəşri məlumat yayıb. Məqalədə qeyd olunur ki, Levitt Çində vəziyyətin inkişafını, ölkə tarixindəki ən pis böhranı düzgün proqnozlaşdırıb. Professor bildirib ki, mövcud böhranın aylar və ya illərlə davam edəcəyinə, həmçinin milyonlarla insanın ölümünə səbəb olacağına dair proqnozlara inanmır.

Fevralın əvvəlində o, Çində ölüm tempinin bir həftə içində daha da aşağı düşəcəyinə dair hazırladığı hesabatı həmin ölkəyə göndərib. Levitt COVID-19-a yoluxma halının təxminən 80 min olacağı və orta hesabla 3250 adamın epidemiyadan öləcəyi barədə proqnoz verib. Real statistika professorun iddia etdiyi rəqəmlərə demək olar ki müvafiq olub: 24 mart tarixində ÇXR-də 3281-i ölümlə nəticələnən 81.588 yoluxma faktı qeydə alınıb.

İndi Maykl Levitt həm ABŞ-da, həm də dünyanın qalan hissəsində oxşar nəticələr gözləyir. Onun sözlərinə görə, əsas məsələ çaxnaşmaya nəzarət etməkdir. Bir çox epidemioloqun xəbərdarlıq etməsinə və milyonlarla insanın öləcəyinin deyilməsinə baxmayaraq, alim mövcud məlumatların belə bir dəhşətli ssenarini təsdiqləmədiyini bildirir.

Hər gün koronavirusa 50 yeni yoluxma faktının qeydə alındığı 78 ölkədəki vəziyyəti təhlil edən Levitt əmin edir ki, "Çaxnaşmaya ehtiyac yoxdur - hər şey nəticə verəcək".

Ancaq professor ABŞ-da dönüş nöqtəsi üçün konkret tarix göstərmir. (publika.az)

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...