Dünya şöhrətli fotoqrafın 28 illik arzusu çin oldu: “Azad Şuşada ilk çay...” - FOTO

Dünya şöhrətli fotoqrafın 28 illik arzusu çin oldu: “Azad Şuşada ilk çay...” - FOTO
Dünyaca məşhur fotoqraf Reza Deqati 28 ildən sonra yenə Şuşadan paylaşım edib.

 

Amma bu dəfə azad Şuşadan.


Fotoqraf "Twitter” və "Instagram” hesablarından fotonu elə bu adla paylaşıb.


"28 il əvvəl Şuşada çay içdim. Həmişə şəhərə qayıtmaq və yenidən çay içmək istəyirdim, nəhayət, oraya qayıtdım və Xankəndiyə baxan ən yüksək təpənin başında çay içdim”, - deyə o qeyd edib.


Fotoqraf 28 il əvvəl Şuşa ilə bağlı xatirələrini də yazıb:


"1992-ci ilin aprelində Şuşadan çıxanda erməni qüvvələri tərəfindən mühasirəyə alındım və snayperlərin atəşi altında çox çətin dağ keçidini piyada keçməli oldum. Üç dəfə onlardan yayına bildim.


Şəhərdən çıxmazdan əvvəl mənə kömək edən və bələdçim olmuş döyüşçülərdən ikisi ilə son çay içmək istədim. Onlardan biri komandir Ramiz Qənbərov idi. Sonradan döyüşdə şəhid olduğunu və Milli Qəhrəman adını qazandığını öyrəndim. Şəhər 8 mayda erməni hərbçilərinin əlinə keçdi”.


Deqati bildirib ki, 2021-ci ilin ilk günündə ən böyük arzusu sülhün qalıcı olmasıdır.

 




 


OXŞAR XƏBƏRLƏR

Bakı marafonu üçün 15 min iştirakçı qeydiyyatdan keçdi

Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 5-də keçiriləcək “Bakı Marafonu 2024”ə qeydiyyat başa çatıb.   Sfera.az xəbər verir ki, 7-ci d...

Mövsümi meyvələrin qiymətində dəyişiklik varmı? - VİDEO

Mövsümlə əlaqədar olaraq bazarlarda meyvələrin çeşidində çoxalma hiss olunur.   Bəs bu məhsulların hansılarında bahalaşma və ucuzlaşma hiss olun...

Tibbi arayışların elektronlaşması nə vəd edir? - AÇIQLAMA

"Əslində tibbi arayışın elektronlaşması elektron səhiyyənin bir tərkib hissəsidir”.    Sfera.az xəbər verir ki, bunu Qaynarinfo-ya aç...

Rusiyadan miqrantlarla bağlı açıqlama

Ümid edirik ki, Mərkəzi Asiya ölkələri vətəndaşlarını Rusiyaya işləmək üçün göndərəndə onlara bütün hüquqi normalara riayət etməli olduqları barədə məlumat verə...

Madonna övladlığa götürdüyü uşaqları səhnəyə çıxardı - FOTOLAR

65 yaşlı amerikalı müğənni Madonna dörd övladını səhnəyə çıxarıb. Pop Diva şəkillərini İnstaqramda paylaşıb.   Sfera.az bildirir ki, ümumilikdə Madon...

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

Ermənistanın illik qaz istehlakı, təqribən, 2,7-2,8 mlrd. m3-dir. 2023-cü ildə Rusiya Ermənistana 2,44 mlrd. m3 qaz satıb, yəni, Ermənistanın təqribən 85% qaz t...