Dünya liderləri İngiltərədə toplandı: Nələr müzakirə ediləcək?

Dünya liderləri İngiltərədə toplandı: Nələr müzakirə ediləcək?
Dünya liderləri bu gündən İngiltərədə G7 zirvəsinə toplanıblar.

Sfera.az bildirir ki, 3 gün davam edəcək zirvəyə qatılanlar arasında ABŞ prezidenti Co Bayden, Almaniyanın Federal Kansleri Angela Merkel, Fransa prezidenti Emmanuel Makron da var. Bu ilki toplantının əsas mövzusu isə COVİD-19-a qarşı mübarizə olacaq. Müzakirə ediləcək məsələlər içində iqlim dəyişikliyi və ticarət də yer alır.

Həmçinin, Baydenin İngiltərənin baş naziri Boris Conson və Avropa Birliyi nümayəndələri ilə görüşəcəyi gözlənilir. Şənbə günü səhər isə qonaq ölkələrlə rəsmi görüşlər başlayacaq. Məlumata görə, görüşlərin çoxu qapalı keçiriləcək.

Qeyd edək ki, G7 ölkələri ABŞ, Fransa, Almaniya, İtaliya, Yaponiya, İngiltərə və Kanadadır. Bu ölkələr öz demokratik prosesləri olan ayrı millətlərdən ibarət olduğuna görə, G7 zirvəsində heç bir qanun qəbul edə bilmirlər. 

Günay
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...