Dünya dövlətlərinin aldıqları qızılın miqdarı bəlli olub

Dünya dövlətlərinin aldıqları qızılın miqdarı bəlli olub
 Bu ilin fevral ayında dünya mərkəzi bankları bütövlükdə 36 ton qızıl satın alıb.

Sfera.az xəbər verir ki, bu barədə Dünya Qızıl Şurası (WGC – World Gold Council) açıqlama yayıb.

Həmin rəqəm yanvar ayına nisbətən üçdəbir qədər çox, ötən ilin müvafiq dövrünə nisbətən isə 52 faiz azdır. Belə ki, 2019-cu ilin yanvar-fevral aylarındakı 116,1 tona qarşı cari ilin eyni dövründə 64,5 ton qızıl alınıb.

Fevral ayında ən çox qızıl alan ölkələr Türkiyə (24,8 ton), Rusiya (10,9 ton), Qazaxıstan (1,8 ton), Qətər (1,6 ton), başlıca satıcı isə Özbəkistandır (3,1 ton).

OXŞAR XƏBƏRLƏR