Dünən 11 aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlandı, dördü barədə cinayət işi açıldı

Dünən 11 aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlandı, dördü barədə cinayət işi açıldı
Avqustun 26-da daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublika ərazisində 11 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

DİN-dən Sfera.az-a verilən məluamata görə, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 4 nəfər barəsində cinayət işi başlanılıb. İstintaq araşdırmaları davam etdirilir.


OXŞAR XƏBƏRLƏR