Dövlət işi, yoxsa özəl sektor? – Hansında maaş daha yüksəkdir və niyə?

Dövlət işi, yoxsa özəl sektor? – Hansında maaş daha yüksəkdir və niyə?
Azərbaycanda özəl sektorda olan əmək haqqı səviyyəsi dövlət sektoru ilə müqayisədə xeyli yüksəkdir.
 
Sfera.az rəsmi məlumatlara istinadən bildirir ki, dövlət sektorunda orta əmək haqqı 635,5 manat olduğu halda qeyri-dövlət sektorunda 832 manatdır. Müqayisə göstərir ki, qeyri-dövlət sektorunda maaş səviyyəsi dövlət qurumlarında olan maaş səviyyəsindən 31 faiz yüksəkdir.
 
Özəl sektorda maaşların yüksəl olması faktı əksər fəaliyyət sahələrdə müşahidə edilir. Yalnız emal sənayesində, turistlərin yerləşdirilməsi və ictimai iaşədə, sosial müdafiə və sosial təminatda, səhiyyə və sosial xidmətlərdə maaş səviyyəsi dövlət sektorunda daha yüksəkdir.

Qeyri-dövlət sektorunda maaşların yüksək olmasını İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Ruslan Atakişiyev özəl sektorda rəqabətin güclü olması ilə əlaqələndirdi.
 
Sfera.az saytına danışan ekspert bildirdi ki, özəl sektorda əmək haqqı formalaşdırılan zaman ona həm də stimullaşdırıcı vasitə kimi baxılır: "Özəl sektorda işçi uğrunda rəqabət güclüdür, sahibkar daha yaxşı işçini cəlb etməyə çalışır. Bu məqəsədlə yaxşı mütəxəsislər yüksək maaş təklif edilməklə işə cəlb olunur. Qeyri-dövlət sektorunda hətta bir işçinin maaşının ayrıca artırılması təcrübəsi də var. Özəl sektorda yürüdülən bu cür maaş siyasəti əmək haqlarının daha tez-tez artmasına gətirib çıxarır”.
 
Dövlət sektorunda isə standart yanaşmanın olduğunu söyləyən R.Atakişiyev burada işçinin bacarıqlarına xüsusi önəm verilmədiyini vurğuladı: "Dövlət qurumlarında əmək haqqı işçinin bacarıqlarından asılı olmayaraq öncədən təsdiq edilən ştat cədvəli əsasında müəyyənləşdirilir. Buna görə də dövlət qurumlarında əmək haqqı siyasəti elastik olmur və hər hansı şəxslə bağlı fərqli maaş artımı tətbiq edilmir”.

Həmsöhbətimiz özəl və dövlət sektoru arasında maaş fərqinin kəskin olması təcrübəsinin bütün dünyada yayıldığını söylədi. O qeyd edib ki, bununla əlaqədar Azərbaycanda da özəl sektorda çalışmaq istəyənlərin sayı artır: "Yaxşı qazanmaq istəyən işçilər hökmən özəl sektorda çalışmağa üstünlük verir. Bu, dünyada geniş yayılan praktikadır. Dövlət sektrunda çalışanların seçimində isə əsas rolu maaşın məbləği yox, karyera qurmaq və dövlət xidmətində olmaq prinsipi dayanır. Bununla belə inkişaf etmiş Qərb ölkələrində dövlət sektorunda çalışan və yaxşı təcrübə qazanan bir çox mütəxəsis sonradan özəl sektorda işləməyə üstünlük verir. Onları belə bir qərar qəbul etməyə əmək haqqı fərqi vadar edir. İnkişaf etmiş ölkələrdə özəl sektorda elə vəzifələr var ki, maaş səviyyəsi dövlət təşkilatlarındakı eyni vəzifəyə 10-20 dəfə yüksəkdir.
 
Azərbaycanda əvvəlki illərlə müqayisədə hazırda özəl sektorda işləmək istəyənlərin sayı daha çoxdur. Əvvəllər özəl sektorda şəffaflıq səviyyəsi aşağı idi, rəsmi əmək haqqı ödəyən iş yerləri az idi. Dövlət qurumlarında isə maaş rəsmi idi, rüşvət və korrupsiya yolu ilə əlavə qazanc əldə etmək olurdu. Eyni zamanda belə bir düşüncə hakim kəsilmişdi ki, özəl sektorda işləyənlər pensiya ala bilmir, onların iş saatı yoxdur və s. Buna görə də çox insan dövlət qurumlarında işləməyə üstünlük verirdi.
 
Ancaq son illərdə özəl sektorda əmək münasibətlərində ciddi dəyişiklik var və bu hal özəl sektorda işləmək istəyənlərin sayını xeyli artırıb. Bizim keçirdiyimiz treninqlər də göstərir ki, gənclər arasında özəl sektorda çalışmaq istəyənlər daha çoxdur. Gənclərin özəl sektorda əmək münasibətləri ilə bağlı təsəvvürü müsbətə doğru dəyişib və özəl sektora axın dövlət sektoru ilə müqayisədə güclüdür”.

Vasif
 
 
 
 
 

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...