Donald Trampı koronavirusdan bu dərman xilas edibmiş – 100 faiz təsirlidir

Donald Trampı koronavirusdan bu dərman xilas edibmiş – 100 faiz təsirlidir
ABŞ-ın keçmiş Prezidenti Donald Trampı koronavirusdan sağaldan dərmanla bağlı inanılmaz faktlar üzə çıxıb.

 

 

Sfera.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, ABŞ-ın "Regeneron Pharmaceuticals” şirkəti tərəfindən istehsal edilən "REGEN-COV" adlı dərmanın koronavirusa qarşı 100 faiz təsirli olduğu bildirilir.

 

Dərman 2 min nəfər koronavirus xəstəsi üzərində test edilib və müsbət nəticə əldə olunub.

 

"Oxford” Universitetinin professoru Peter Horbi antikor dərmanların illərdir infeksion xəstəliklərin və xərçəngin müalicəsində geniş olaraq istifadə edildiyini və təhlükəsiz olduğunu açıqlayıb.


Qeyd edək ki, Donald Trampın müalicəsində istifadə edilən "REGEN-COV" dərmanının artıq peyvənd versiyası da hazırlanıb.


Jalə Mehdi

Sfera.az

 

 


OXŞAR XƏBƏRLƏR