Dollar bahalaşır: Manatın məzənnəsi ilə bağlı GÖZLƏNTİLƏR

Dollar bahalaşır: Manatın məzənnəsi ilə bağlı GÖZLƏNTİLƏR
2021-ci il ərzində ABŞ dollarının indeksi yüksəlməkdə davam edib. 31 dekabr 2021-ci il tarixinə ABŞ dollarının indeksi 95,97 olub. 2020-ci ilin dekabr ayının 31-nə indeks 89,93-ü təşkil edib. Yəni, illik müqayisədə ABŞ dollarının indeksi 6,72 faiz artıb.

Sfera.az xəbər verir ki, bu indeks ABŞ dollarının digər valyutalara nisbətən dəyərini göstərir və yapon yeni, avro, Kanada dolları, ingilis funt sterlinqi, İsveç kronu, İsveçrə frankına nisbətdə müəyyənləşir. Valyuta səbətində avro 57,6 faiz, yapon yeni 13,6 faiz, ingilis funt sterlinqi 11,9 faiz, Kanada dolları 9,1 faiz, İsveç kronu 4,2 faiz, İsveçrə frankı isə 3,6 faiz paya sahibdir.

İllik müqayisədə indeksə əsasən ABŞ dollarının digər 6 valyuta qarşısında dəyər qazandığını görürük. 24 noyabr tarixində indeks 96,88-i təşkil edərək il ərzində ən yüksək həddə çatıb. Halbuki analitiklər pandemiya səbəbindən dolların 2021-ci ildə ucuzlaşacağını gözləyirdilər.

Dollar indeksi niyə artır?

Qlobal inflyasiyanın artması fonunda bir sıra böyük mərkəzi banklar faiz dərəcələri ilə bağlı sabit mövqe nümayiş etdirirlər, bu da digər əsas valyutaların dəyərinin aşağı enməsinə səbəb olur.

İqtisadiyyatın bərpası isə artmaqda davam edən inflyasiya ilə bağlı narahatlıqların olması ABŞ dollarını investorlar üçün təhlükəsiz və etibarlı bir vasitə edir. Federal Ehtiyat Sisteminin tezliklə faiz dərəcəsini artıra bilmə ehtimalı da dolları cəlbedici qılır. Dolayısıyla mövcud proseslər ABŞ dollarının indeksinin artmasına təsir edir.

Hazırda dollarla əlaqəli aktivlər, istiqraz və digər qiymətli kağızların da dəyəri artır. Bu, ABŞ-a mal ixrac edən şirkətlərin gəlirlərinə müsbət, Birləşmiş Ştatlardan mal və ya xidmət idxal edən korporasiyalar üçün isə neqativ bir hal hesab edilir.

İnflyasiya və dolların digər valyutalar qarşısında dəyər qazanmasının manatın məzənnəsinə təsiri gözlənilir?

Mərkəzi Bankın 2022-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında bildirilir ki, cari ildə proqnozlaşdırılan neft qiymətləri, qeyri-neft ixracının artım dinamikası, nəticə etibarı ilə profisitli tədiyə balansı və təsdiq olunmuş dövlət büdcəsinə əsasən Neft Fondundan dövlət büdcəsinə transfertlərin artırılması valyuta bazarında tarazlığı təmin edəcək və qiymətlər sabitliyinin əsas lövbəri olan məzənnə dayanıqlığını dəstəkləyəcək.

Yəni, 2022-ci ildə neft qiymətləri ilə bağlı müsbət proqnozları, eyni zamanda məhsula tələbin artacağını nəzərə alsaq, ölkəyə daxil olan xarici valyutaların həcmi baxımından məzənnədə sabitliyin olacağı proqnozlaşdırılır. Manatın məzənnəsi ilə bağlı digər müsbət göstəricilərdən biri də ölkənin strateji valyuta ehtiyatlarının 11 ayda 4,4 faiz (2,2 milyard ABŞ dolları) artaraq 53 milyard ABŞ dollarını, Mərkəzi Bankın ehtiyatları isə 10,2 faiz artaraq 7 milyard ABŞ dollarını üstələməsidir.

Bəyanatda digər diqqətçəkən məqam isə inflyasiya ilə əlaqədar pul siyasətinin daha sərt rejimə keçirilməsi zərurətinin yarana bilmə ehtimalı ilə bağlıdır. Görünən odur ki, Mərkəzi Bank cari ildə inflyasiyanı cilovlamaq və manatın dəyərini saxlamaq məqsədilə faiz dərəcəsini artıra bilər.
 
(Report)

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...