\"Dirilər ölülərə həsəd aparacaq\" - 22.12.2020 tarixinə Vanqadan dəhşətli proqnoz

\
Sabah, yəni, 2020-ci il dekabrın 22-də nələr baş verəcək, kimlər o tarixdən sağ çıxacaq, kimlər yox? Dünya hansı hadisələrlə rastlaşacaq?    

Həmin tarixdən xeyirxahlar yaşayacaq, bədxahlar məhv olacaq - dünya ölümsüzlüyə qovuşacaq.
Sfera.az shounews-a istinadən xəbər verir ki, bunu bolqar görücü, məşhur Vanqa deyib. Rusiya mətbuatı yazır, amma görək nəyə əsaslanır? Məlumatda qeyd edilir ki, Vanqanın qohum-əqrabası ağızdan-ağıza ötürüblər bu informasiyaları. Bəlkə, qohumları yalan deyir, nə isə məqsədləri var?    

Öz həmyerlisinin uzaqgörənliyini araşdıran başqa bir bolqar alimin dediklərinə baxaq.Veliçka Dobryanov Vanqanın görüşdüyü adamlarla söhbətlərindən onun 823 mesajının açmasını izah edir. Deyir ki, onlardan 400-ü artıq düz çıxıb, 200 -ü birmənalı deyil. 90-ı yanlış olub. Onun sözlərinə görə, Vanqa olacaqlardan birbaşa bəhs etməyib, o yalnız tapmaca kimi deyib ki, anlayan anlasın.    

Beləliklə, ölümündən əvvəl Vanqa lənətə gəlmiş beş dənə "2" rəqəmindən bəhs edib. İki dəfə həmin "2" lərin təkrarlanacağı gündən danışıb. Onun birini keçmişik - 22.02.2020-ci ildir. Biri isə hələ qarşıdadır - 22.12.2020-ni deyir.   

Vanqa deyib ki, həmin gün dünyada əsaslı dəyişikliklər olacaq. Elmə görə həmin gün iki səma cismi - Yupiterlə Saturn dolça bürcü altında birləşəcək.  

Deyir ki, həmin gün ola bilsin bizim yer planeti hansısa astroloji varlıqla toqquşacaq. Bu da fəsadsız ötüşməyəcək: "Günəşin üzünü yeri bürümüş qara kül örtəcək. Çaylar məcrasından çıxacaq, yer kürəsinin kiçik hissələri su altında qalacaq. Dirilər ölülərə həsəd aparacaq. Bəzi ölkələr yer üzündən silinəcək. Xeyirxah insanlar qalacaq, bədxahlar məhv olacaq. Özünü ağıllı hesab edənlər öləcək. Çox adam məhv olacaq. Ondan sonra həyat yaxşı olacaq, hətta ölümsüzlük gələcək".    

Vanqa deyib ki, həmin gün hər kəs özünü güzgüdə görəcək, dünya güzgü kimi üzünü dəyişəcək. Bəs kimlər xilas olacaq? Vanqaya görə, xeyirxah adamlar yaşayacaq. İnamlı insanlardan ibarət olacaq dünya. Dünyanın axırı olmayacaq, amma dünya dəyişəcək. Bir sözlə, deyir xeyirxah və inamlı olun ki, yaşayasınız, dünya gözəlləşsin. Axırıncı fikrə əməl etməyə etsək yaxşıdır, amma dünyanın dəyişəcəyi barədə cəfəngiyyatı eşidin, inanmayın. Xüsusən uşaqlar panikaya düşməsin, biz çox eşitmişik belə söhbətləri, həmin dünyadır.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...