DİQQƏT! Koronavirusa yoluxan uşaqlarda hansı əlamətlər üzə çıxır? – Üz və dodaqda göyərmə...

DİQQƏT! Koronavirusa yoluxan uşaqlarda hansı əlamətlər üzə çıxır? – Üz və dodaqda göyərmə...
"Yetkin insanlarda qızdırma, öskürək, boğaz ağrısı, halsızlıq kimi simptomlarla hiss olunan koronavirus uşaqlarda fərqli formalarda da təzahür edə bilər".
 
Sfera.az xəbər verir ki, bunu türkiyəli pediatr Ayşə Çoban bildirib. Mütəxəssis uşaqlarda müşahidə olunan koronavirus xəstəliyi barədə danışıb:
"Uşaqlar koronavirusa yoluxanda əsasən onlarda sürətli nəfəsalma, sinə ağrısı, tez-tez yuxulama, üz və dodaqda göyərmə, qarın ağrısı kimi hallar olur. Xəstəliyi ağır keçirən uşaqlarda anoreksiya, burun axıntısı, ürək bulanması-qusma, dəri səpgiləri kimi spesifik olmayan problemlər yarana biər".

Pediatr koronavirusa yoluxub südverən analara da tövsiyə verib:

"Koronavirusa yoluxub südverən analar övladlarını bu imkandan məhrum etməsinlər. Yəni uşağı əmizdirən zaman ona süd vasitəsi ilə xəstəlik keçmir və bunun əksinə olaraq süd vücudu daha da gücləndirir.

Uşaqlar xəstəliyi zəif keçirsə də hələ ki, onları qoruya biləcək hansısa vaksin yoxdur. Bu baxımdan valideynlər uşaqların gigiyenasına maksimum diqqət yetirməlidir". 

Sfera.az
Əzizə Zeynal



OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...