DİQQƏT! Bakıda "Mall"lara bu şəxslərin girişi qadağandır

DİQQƏT! Bakıda
 

Fəaliyyəti bərpa olunan "mall"lara maska və əlcəksiz daxil olmaq qadağandır.

Trend yenidən fəaliyyətləri bərpa olunan iri ticarət mərkəzləri ilə əlaqə salxayaraq onların hansı qaydalarda işləmələri barədə maraqlanıb. Bakıda olan bir neçə alış-veriş mərkəzləri Nazirlər Kabinetinin göstərişlərinə əməl edərək işlədiklərini bildiriblər.

"Gənclik Mall” və "28 Mall”-dan qeyd olunub ki, maska və əlcəklərdən istifadə etməyən şəxslərin ticarət mərkəzlərinə girişi qadağandır:

""Mall”-ların hər bir girişi mühafizə xidmətləri tərəfindən nəzarətdədir. İçəri daxil olarkən hökmən vətəndaşın əlində əlcək, üzündə isə maska olmalıdır. Ticarət mərkəzindən olan bütün icarədarlara yazılı şəkildə bildirişlər olunub. Bildirişdə qeyd olunub ki, heyyət maska və əlcəklərdən istifadə etsin. "Mall”arda audi və video şüarlar səsləndirilir, davranış qaydaları və gigiyenaya nəzarət edilməsi bildirilir”.

Əlavə olunub ki, əgər mall-arın mühafizə xidmətinin əməkdaşları daxildə maskasız şəxs aşkar edərlərlərsə, onlardan yenidən taxmaları tələb olunacaq.

Park Bulvar alış veriş mərkəzində də maska və əlcəksiz içəri daxil olmaq olmaz, "mall”ın həftədə bir dəfə pəşakar şirkət tərəfindən ümumi dezinfeksiya olunacağı deyilir:

"Ticarət mərkzi 31 may tarixindən fəaliyyətə başlayıb. Cinema, uşaq əyləncə mərkəzləri, kafe və restoranlardan başqa digər obyektlər işlək vəziyyətdədirlər. Girişlərdə və o cümlədən mağazalarda əlləri dezinfeksiya etmək üçün aparatlar quraşdırılıb. Ticarət mərkəzi hər gün əməkdaşlarımız tərəfindən dezinfeksiya olunur.

Ancaq həfətədə bir dəfə də, peşəkar dezinfeksiya edici şirkət tərəfindən bu işlər görüləcək. Müştərilərə məsafənin qorunması ilə bağlı xəbərdarlıqlar olunur, "mall”-un içərisində davranış qaydaları barədə anonslar səsləndirilir. İnsanların daha çox olduqları ərazilərdə afişalar asılıb və orada da virusun qarşısına almaq üçün nələrə əməl etməyimiz tələb olunur gəstərilib”.

Metro Park ticarət mərkəzi isə sosial məsafə və davranış qaydalarına əsasən yarı heyyətlə fəaliyyət göstərir:

"Nazirlər Kabinetinin qərarında göstərildiyi kimi, müştərilər ticarət mərkəzlərinə maskasız daxil ola bilməzlər. Buna görə də, girişdə mühafizə xidmətinin əməkdaşları bu qaydalara riyayət edilməsi üçün nəzarət edirlər.

Eyni zamanda "mall”un girişində insanları hərarətini yoxlamaq üçün elektron istilik ölçən və dezinfeksiya edici məhlular quraşdırılıb. Bundan əlavə qeyri iş saatlarından "mall” tam olaraq dezinfeksiya olunur. Ticarət mərkəzinin daxilində davranış qayları və gigiyenaya nəzarət qaydaları barədə afişalar asılıb, manitorlarda reklamlar dayandırılıb, yalnız pandemiya ilə əlaqədar şüarlar səsləndirilir”.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...