DİN-dən vətəndaşlara XƏBƏRDARLIQ - Sabahdan etibarən...

DİN-dən vətəndaşlara XƏBƏRDARLIQ - Sabahdan etibarən...
 Sabahdan polis tərəfindən maska taxmayan vətəndaşlar inzibati qaydada cərimələnəcək. 

Sfera.az xəbər verir ki, bu barədə apa-nın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə ediləcək.

Bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.

Sözügedən xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövrü başa çatanadək təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimələnəcək.

OXŞAR XƏBƏRLƏR

SON DƏQİQƏ! Azərbaycanın bu bölgəsi yoluxmaya görə birincidir

 Azərbaycanda koronavirusa yoluxmada son vəziyyət açıqlanıb. Sfera.az "koronavirusinfo.az” saytına istinadən xəbər verir ki, son məlumatlardakı rəqəm...

Koronavirusun Azərbaycanda sürətlə yayılmasının ƏSL SƏBƏBİ bəlli oldu

  Covid 19-un Azərbaycanda sürətlə yayılmasının əsl səbəbi virusun mutasiyaya uğramasıdır. Sfera.az xəbər verir ki, bu fikri Milli Məclisin Səhiyyə komit...

Gecə saat 12-dən sonra Azərbaycanda SƏRT KARANTİN tətbiq ediləcək? – AÇIQLAMA

  Ölkədə koronavirus pandemiyasının qarşısını almaq məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonund...

Sərt karantin rejimi yenidən 2 həftəlik uzadılır? - AÇIQLAMA

  Xəbər verdiyimiz kimi iyunun 24-də 590 nəfər koronavirusa yoluxub, 7 nəfər ölüb. Qeyd edək ki, yoluxmanın sürətlə artmaması üçün şənbə-bazar və bayram g...

İlham Əliyev onları təltif etdi - SİYAHI

  Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularının və Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş ...

Vilayət Eyvazovdan YENİ TƏYİNAT

  Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub. Sfera.az xəbər verir ki, bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasə...