DİN Bəxtiyar Hacıyevin şikayətini araşdırdı: 4 nəfər saxlanıldı

DİN Bəxtiyar Hacıyevin şikayətini araşdırdı: 4 nəfər saxlanıldı
"+994 51 555 10 95 nömrəsindən yazıb, özlərini Kapital Bank əməkdaşı kimi təqdim edib, kartımda hansısa problemi araşdırmaq üçün kart nömrəsi və PİN istədilər. KapitalBank kartım olmasa da, bir az məzələndim, köhnə kartlardan nömrələri verdim, dələduz olduqlarını bildiyimi hiss etdikləri an blokladılar".
 
Sfera.az xəbər verir ki, siyasi fəal Bəxtiyar Hacıyevin bu paylaşımı Daxili İşlər Nazirliyi tərəfindən araşdırılıb.
 
Bu haqda DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev məlumat verib.
 
O deyib ki, hadisə ilə bağlı 4 nəfər saxlanılıb:
 
"Bu məlumatla əlaqədar DİN tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə çoxsaylı vətəndaşa qarşı dələduzluq əməlində şübhəli bilinən 4 nəfər müəyyən olunaraq saxlanılıb. Hazırda digərlərinin də müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir. Verdiyiniz dəqiq məlumata görə Sizə təşəkkür edirik".
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Daha bir meyxanaçı saxlanıldı – Səbəb

Meyxanaçı Xudabaxış Kubinka (Hüseynzadə) Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Sfera.az xəbər verir ki, meyxanaçı narkoti...

Anası qız uşağını dayənin yanına atıb getdi - Azərbaycanda

Azərbaycanda daha bir valideyn azyaşlı övladını atıb.   Bu barədə Sfera.az-a "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyindən məlumat verilib. Bildiril...

Baş prokurorluq Sənay Qəhrəmanlı haqqında MƏLUMAT YAYDI

Sənay Qəhrəmanlının cinsi təcavüzə məruz qalması ilə bağlı cinayət işi açılıb. Sfera.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib k...

Aeroport yolunda qəza törədən sürücü HƏBS EDİLDİ

Suraxanı Rayon Məhkəməsində aeroport yolunda sərnişin avtobusuna çarpılan yük avtomobilinin sürücüsü Mahmud Əzizovun barəsində istintaq orqanının verdiyi təqdim...

DİN Bəxtiyar Hacıyevin şikayətini araşdırdı: 4 nəfər saxlanıldı

"+994 51 555 10 95 nömrəsindən yazıb, özlərini Kapital Bank əməkdaşı kimi təqdim edib, kartımda hansısa problemi araşdırmaq üçün kart nömrəsi və PİN istədilər. ...

Azərbaycanda məmuru iş otağında öldürən şəxs görün kim imiş

Goranboyda Dövlət Aqrar İnkişaf Mərkəzində qətl törədən şəxsin kimliyi bilinib.   Sfera.az xəbər verir ki,  Goranboy ​​​​​​​Dövlət Aqrar İnkişaf Mər...