DİN Bakıda məktəbin həyətindəki dava ilə bağlı araşdırmalara başlanıldığını BİLDİRDİ

DİN Bakıda məktəbin həyətindəki dava ilə bağlı araşdırmalara başlanıldığını BİLDİRDİ
Daxili İşlər Nazirliyi (DİN) Bakıda "Landau School” özəl məktəbin həyətində yaranan insidentə münasibət bildirib.

DİN-in mətbuat xidmətindən Sfera.az-a bildirilib ki, yaranan insidentlə bağlı araşdırmalara başlanılıb.

"Yayılan videogörüntülərdən məlumatlıyıq. Hadisə ilə bağlı araşdırmalara başlanılıb. İctimaiyyətə əlavə məlumat veriləcək”, - Mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, sosial şəbəkələrdə məktəbin mühafizəçisi ilə valideynlərdən birinin əlbəyaxa dava etdiyi görüntüləri yayılıb.

OXŞAR XƏBƏRLƏR