“Din Azərbaycanda insanları bir-birindən ayıran amil deyil, əksinə...” – Hacı Şahin

“Din Azərbaycanda insanları bir-birindən ayıran amil deyil, əksinə...” – Hacı Şahin
Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi mövzusu çağdaş tariximizin bəlkə də ən çox problemlə üzləşdiyi məsələlərdir. Təəssüf ki, az qala, bütün dinlər insanları birlik, bərabərlik və vəhdətə səslədiyi halda əksər müharibələr elə məhz bu zəmində baş verir. Bir çox hallarda insanların bir-birinə qarşı dini və milli dözümsüzlük göstərdiyinin şahidi oluruq.

Maraqlıdır, bu gün qeyd edilən dəyərlərlə bağlı ölkəmizdə durum necədir?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü Hacı Şahinin deyib ki, tarixən Azərbaycan müxtəlif dini inancları olan fərqli millətlərə ev sahibliyi edib:



"Əsrlərə vətənimizdə din, millət ayrımı edilmədən müxtəlif əqidədə olan insanlar harmoniya ilə yaşayıb. Bu, haırda da dövlətin diqqət mərkəzində olan başlıca prioritet məsələlərdəndir.
 
Bildiyiniz kimi, ölkəmizdə hər il bir çox beynəlxalq tədbirlər keçirilir. Bu tədbirlərin bir çoxunda mən də iştirak etmişəm. Avropadan gələn qonaqlar belə etiraf edir ki, azərbaycanlı üçün tolerantlıq hüquqi öhdəlik deyil, mənəvi borcdur. Hətta mən deyərdim ki, bu bizin üçün bir yaşam tərzidir.
Azərbaycanda dini tolerantlıq əsrlərlə yaşatdığımız bir dəyərdir. Bu gün də bu dəyər dövlət səviyyəsində dəstəklənir, hətta dövlətimizin əsas prioriteti hesab edilir.


 
Bu gün Azərbaycanda dövlət qurumları ilə dini qurumlar arasında münasibətlərin müsbət mənada inkşaf etdirilməsi üçün işlər aparılır. Xüsusilə bu, məzhəb din və milli zəmində müharibə girdabına düçar olan ölkələr üçün gözəl nümunə olmalıdır. 
 
Azərbaycan dini və milli tolerantlığın bəhrəsini Birinci və İkinci Qarabağ müharibəsində də gördü. Hər iki müharibədə dinindən və etnik kimliyindən asılı olmayaraq hər bir vətəndaş vətənini qorumaq üçün səfərbər oldu. Yəhudilər, xristianlar, müsəlmanlar birlikdə ortaq düşmənə qarşı çiyin-çiyinə döyüşərək yekunda torpaqlarımızı azad etdi.
 
Bütün bunlar dünyaya örnək ola biləcək nümunələrdir. Biz görülən bu işin nəticələrini Qarabağ müharibəsi zamanında gördük. Budur əsl harmoniya, tolerantlıq, budur fərqləri nəzərə almadan əldə olunan birlik”.
 
Turan Rzayev



Qeyd:Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi
 

OXŞAR XƏBƏRLƏR