DİN 5 nəfərin ölümüylə nəticələnən qəza barədə məlumat yaydı
13:40 / 09.09.2019
821
Daxili İşlər Nazirliyi (DİN) İmişli rayonununda 5 nəfərin ölümüylə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
DİN-in Mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, sentyabrın 9-da saat 1 radələrində İmişli rayonunun Əliqulular kəndi ərazisində Bakı şəhər sakini İlqar Şamxalov idarə etdiyi "Opel Vectra” markalı avtomobili yolun kənarındakı su kanalına (kollektora) aşırıb.
Avtomobil kanaldan çıxarılıb, sürücü və sərnişinləri - qardaşı Etibar, onun arvadı Mərziyyə, oğlu Elnur və onun arvadı Afət Kərimova suda boğulub.
İmişli Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.