DİM rus dili mütəxəssisləri üçün VAKANSİYA elan edir

DİM rus dili mütəxəssisləri üçün VAKANSİYA elan edir
Dövlət İmtahan Mərkəzi (DİM) rus dili fənni üzrə mütəxəssislərin işə qəbulunu elan edib.

Mərkəzdən Sfera.az-a verilən məlumata görə, fənn üzrə yoxlama-ölçmə materiallarının hazırlanması üzrə mütəxəssislərin funksiyaları aşağıdakılardır:

- Rus dili və ədəbiyyatı fənni üzrə yoxlama-ölçmə materiallarının hazırlanması və ekspertizası üzrə tələb olunan işləri həyata keçirmək;

- Fənn üzrə ümumi metodiki göstərişlərin işlənib hazırlanmasında iştirak etmək.

İxtisas tələbləri və digər şərtlər:

Namizəd aşağıdakı ixtisaslardan biri üzrə ən azı bakalavr təhsilinə malik olmalıdır:

- Filologiya (rus dili və ədəbiyyatı);
- Xarici dil müəllimliyi (rus dili üzrə);

Yeni təhsil proqramları (kurikulumlar) üzrə məlumatlı olmalıdır;
Microsoft Office proqramlarında işləməyi bacarmalı, Azərbaycan dili və rus dilini mükəmməl bilməlidir.
İşə götürülənin vəzifəsi, əmək haqqı və iş qrafiki əmək müqaviləsinə əsasən müəyyən olunur. Vakansiya ilə maraqlanan şəxslərdən CV formasını buradan yükləyib tam şəkildə dolduraraq 2021-ci il oktyabrın 10-dək [email protected] elektron poçt ünvanına mövzu hissəsində "İşə qəbul” yazaraq göndərmələri xahiş olunur.

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda qadınların neçə faizi siqaret çəkir? - STATİSTİKA

2023-cü ilə aid olan məlumata əsasən, Azərbaycanda yaşı 15-dən yuxarı olan qadınların 0,2 faizi siqaret çəkir.  Sfera.az Dövlət Statistika Komitəsinə ...

İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü KEÇİRİLİR

Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkənin xarici işlər naziri Annalena Berbok ilə görüşü keçirilir.   Sfera.az&...

Əhmədin anasının yerinə O TƏYİN EDİLDİ - FOTO + DOSYE

Fevralın 13-də qətlə yetirilən Bakı şəhəri 59 nömrəli tam orta məktəbin direktoru Pikə Əhmədovanın yerinə yeni təyinat olub.   Sfera.az xəbər verir k...

Prezident İlham Əliyev Berlində böyük coşqu ilə QARŞILANDI 

Azərbaycan Prezidenti İlham Əliyev Almaniyanın paytaxtı Berlinə işgüzar səfəri zamanı böyük coşqu ilə qarşılanıb.   Sfera.az xəbər verir ki, Preziden...

"Real Madrid"in OYUNÇUSU: "Nəticə gözləyirəm"

"Real Madrid"in və Almaniya millisinin mərkəz müdafiəçisi Antonio Rudiger qarşıdan gələn 2024-cü il Avropa Çempionatı ilə bağlı gözləntilərini bölüşüb...

Bayram Nurlunun anası VƏFAT ETDİ - FOTO

Sosial şəbəkə fenomeni Bayram Nurlunun anası uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdi.   Sfera.az xəbər verir ki, məhrum Gülxanım xanım bu gün ...