Dilənçiyə pul vermək günahdır, yoxsa savab?

Dilənçiyə pul vermək günahdır, yoxsa savab?
Gəncə şəhərində polis əməkdaşları şəhər ərazisində tüfeyli həyat tərzi keçirən və dilənçiliklə məşğul olaraq vətəndaşların haqlı narazılığına səbəb olan şəxslərlə bağlı profilaktiki tədbir keçirib. Tədbir zamanı ümumilikdə 40 nəfər saxlanılaraq polis idarəsinə gətirilib. Onlarla profilaktiki söhbətlər aparılıb, 31 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib. Dahasonra saxlanılan şəxslər qeydiyyatda olduqları şəhər və rayonlara göndərilib.

İslam dininə görə, dilənmək, dilənməyi bir gəlir mənbəyinə çevirmək doğru deyil. Dilənmənin düzgün yol olmadığına dair müxtəlif hədislər var.

Bəs dilənçiyə pul vermək günahdır, yoxsa savab?

İlahiyyatçı Ramil Əliyev Bizimyol.info saytına açıqlamasında bildirir ki, dilənçiyə pul verməklə sədəqəni, zəkatı bir-birilə qarışdırmaq olmaz. Zəkat, İslam dinin şərtləri arasındadır və maddi vəziyyəti yaxşı olan hər kəs verməlidir.

İlahiyyatçı Ramil Əliyev İlahiyyatçı Ramil Əliyev
"Bu gün dilənən hamının ehtiyacı varmı, yoxmu bilmirik. Amma hədislərdə və bəzi ayələrdə istəyəni əliboş qaytarma deyilir. Məsələn; Duha surəsinin 10-cu ayəsində deyilir ki, "Əl açıb istəyəni, əsla əliboş yola salma”. Burada önəmli olan, yardım edəcək gücümüz varmı, dilənən şəxsin ehtiyacı varmı və s. bu kimi məsələlərdir. Elə yenə Duha surəsində deyilir ki, "Yetimi əsla əzmə”. Bu, o demədkir ki, yetimin ehtiyacı vardır, möhtacdır. Buna görə də yetimi əliboş geri qaytarmaq olmaz. Bu savabdır” - deyən ilahiyyatçı qeyd edir ki bu gün dilənçiliyi işə çevirən insan çox olduğu üçün kimin ehtiyacının olub-olmadığını bilmək çətindir. Biz dilənən şəxsin vəziyyətinə baxıb qərar verməliyik. Ehtiyac sahibi olduğunu hiss ediriksə, verə bilərik.

Bəzən dilənən birinin bizdən daha varlı olduğunu öyrənirik. Bəzən də əlil rolunu oynayan şəxsin, əslində sağlam olduğunu görürük. Bu insanları gördükcə, özümüzü aldadılmış hiss edirik. Bundan sonra kiməsə yardım etməyi

Fiziki qüsuru olmayan gənc birinin işləmək imkanı var ikən, dilənməsi nə qədər doğrudur?
İslam dininə görə insanların belə şəxslərə pul verməsi doğrudurmu?
İslam dini işləməyən, bir tikəyə çörəyə razı olan, başqaların yük olan müsəlmanları yaxşı müsəlman hesab etmir. Dilənmək və dilənçilik qadağan edilir. Dilənçilik, təmbəllik və xalqın yardım hissini istismar edir. İşləmədən oturub başqasından nəsə gözləməyin özü böyük günahdır.ə

Hər bir pis iş, insanın mənliyindən və şərəfindən bir parça alıb aparır. Heç bir ehtiyacı olmadığı halda, əl açıb dilənənlərin vəziyyəti daha ağırdır. Çünki onlar dilənməklə, şərəf və etibarlarının kökündən yox olmasına və müflis vəziyyətinə düşmələrinə səbəb olurlar. Buna görə də kasıblara, acizlərə yardım etməyi əmr edən İslam dini kasıb olmayanların və ehtiyacı olmayanların dilənməsini qadağan edib.

Bizimyol.info/

OXŞAR XƏBƏRLƏR

Qərəzli qətnamələrin yeganə səbəbi Qarabağı azad etməyimizdir

Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında indiki və gələcək nəsillərin heç vaxt unutmalı olmadığı həqiqəti hər birimizin diqqətinə çatdırdı: &...

Rusiya NATO ölkələrinə hücum edəcəkmi? - Şoyqu aydınlıq gətirdi

"Bizim NATO-ya üzv dövlətlərə hücum etmək üçün nə geosiyasi, nə də hərbi maraqlarımız var". Sfera.az xəbər verir ki, bu barədə Rusiya Federasiyas...

Rabitəbank rəhbərliyi ABŞ-da işgüzar səfərdə olub

22 aprel 2024-cü il tarixindən etibarən Mərkəzi Bankın təşkilatçılığı, ABA-nın dəstəyi və “Rabitəbank” ASC-nin Müşahidə Şurasının sədri Zakir Nuriye...

Bakıda bu küçə 2 gün bağlı olacaq - XƏBƏRDARLIQ

Sabah saat 09:00-dan aprelin 28-i saat 22:00-a qədər Bakının Elşən Süleymanov küçəsində (Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinə qədər olan hissəd...

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb. Sfera.az xəbər verir ki, b...

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başladı

Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank Valter-Ştaynmayer arasında təkbətək görüş başlayıb.   Sfera.az xəbər verir k...