Deputatlığa namizəd MSK-ya qazan gətirdi: “BOZBAŞ DA…”

Deputatlığa namizəd MSK-ya qazan gətirdi: “BOZBAŞ DA…”
 

Mərkəzi Seçki Komissiyasına (MSK) dəvət edilən10 saylı Binəqədi üçüncü seçki dairəsindən deputatlığa namizəd Rəbiyyə Məmmədova qurumun qarşısına əlində qazanla gəlib.

Rəbiyyə Məmmədova məsələyə aydınlıq gətirərək bildirib ki, MSK-nın qarşısına qazanla gəlməsinin səbəbi qurumun üzvü Ramiz İbrahimovun deputatlığa namizəd Günel Səfərovaya dediyi "qadınsan, get bozbaşını bişir” sözləridir.

"Bu qazanı gətirmişəm ki, Ramiz İbrahimov bozbaş ritorikasını bişirib yesin. Qadınlar bozbaş da bişirər, siyasətə də qoşular, etiraz də edər.

Məni bura iclasa çağırıblar. Böyük ehtimalla qazanla buraxmayacaqlar. Bunu burada sizə əmanət edirəm, iclasda Ramiz bəyə deyəcəm ki, düşüb hədiyyəsini götürsün”, – deyə Rəbiyyə Məmmədova bildirib.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...