No Image
No Image

Deputatlar bu məsələlərə görə Strasburqa gedirlər

Deputatlar bu məsələlərə görə Strasburqa gedirlər
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat AŞPA-nın qış sessiyasında iştirak etmək üçün yanvarın 24-dən 29-dək Strasburqda səfərdə olacaqlar.

Bu barədə Sfera.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Nümayəndə heyətinə deputatlardan Sevinc Fətəliyeva, Rafael Hüseynov, Sabir Hacıyev, Erkin Qədirli, Tural Gəncəliyev, Nigar Arpadarai və Kamal Cəfərov daxildirlər.

Sessiya dövründə Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, Assambleyanın monitorinq prosedurunun təkmilləşdirilməsı, Gürcüstanda keçirilmiş parlament seçkilərinin müşahidəsinin nəticələri, Monteneqro ilə post-monitorinq dialoqu, COVİD-19 vaksininin etik, leqal və praktiki tərəfləri, Xroniki və uzunmüddətli xəstəliklərlə məşğul olan şəxslərə qarşı ayrıseçkilik və digər mövzularda fikir mübadiləsi aparılacaq.

Tədbirlərdə Milli Məclisin deputatları gündəlikdəki məsələlərlə bağlı çıxışlar edəcək, fikirlərini bildirəcəklər.

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Əsədov Qaribaşvili ilə danışdı, Bakıya dəvət etdi

Azərbaycanın Baş naziri Əli Əsədovun gürcüstanlı həmkarı İrakli Qaribaşvili ilə telefon danışığı olub. Sfera.az xəbər verir ki, bu barədə Gürcüstanın höku...

Ceyhun Bayramov Aİ-nin komissarı ilə telefonla danışdı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi ilə telefon danışığı baş tutub....

Ceyhun Bayramov Vasil Bodnarla görüşdü

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Ukraynanın xarici işlər nazirinin müavini Vasil Bodnarı qəbul edib. XİN-dən Sfera.az-a bildirilib ki, nazir Cey...

Millət vəkili Şahin Seyidzadə səyyar vətəndaş qəbulu keçirib - FOTO

Millət vəkili Şahin Seyidzadə Novxanı kənd sakinləri ilə fərdi formada səyyar vətəndaş qəbulu keçirib. Sfera.az xəbər verir ki, 24 fevral tarixində Ab...

Hikmət Hacıyev Ukrayna XİN başçısının müavini ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ukraynanın xarici işlər nazirinin m...

Rusiyanın Ermənistandakı səfirliyi yaydığı məlumatda şəhəri Xankəndi adlandırdı - FOTO

Rusiyanın Ermənistandakı Səfirliyi Dağlıq Qarabağ əhalisinə növbəti humanitar yardımın çatdırılması haqda məlumat yayıb. Sfera.az xəbər verir ki, məlu...