Deputat: “Zavodun açılışı xüsusi önəm daşıyır”

Deputat: “Zavodun açılışı xüsusi önəm daşıyır”

Millət vəkili Şahin Seyidzadə: "Tibbi maska qıtlığı artıq qısa müddətdə aradan qaldırılacaq”

 

"Azərbaycan Respublikasının Milli Məclisində təmsil etdiyim Abşeron-Qobustan dairəsi üzrə seçicilər və ətrafımızda olan şəxslər tərəfindən karantin dövründə ən çox ünvanlanan müraciətlər artıq öz həllini tapır! Artıq yerli istehsal olan tibbi maska ilə hər kəsin etibarlı müdafiəsi təmin ediləcək”.


Sfera.az-ın məlumatına görə, bu sözləri millət vəkili Şahin Seyidzadə ölkədə yeni açılan tibbi ləvazimatlar, eləcə də maska istehsalı ilə məşğul olacaq müəssisənin istifadəyə verilməsinə münasibət bildirərkən vurğulayıb:


"Cənab Prezident Ilham Aliyevin tapşırığına əsasən, qısa müddətdə tibbi maska istehsalı avadanlığının və xammalın Azərbaycana gətirilməsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun dəstəyi ilə artıq Sumqayıt Kimya Sənaye Parkında (Sumgait Chemical Industrial Park LLC) Bakı Tekstil Fabriki MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsi artıq fəaliyyətə başlayıb.

Prezident İlham Əliyevin pandemiya dövründə atdığı qətiyyətli addımlarla cəmi 2 həftədə yerli istehsal təşkil edilərək, kəskin təlabat olan tibbi maska qıtlığı artıq qısa müddətdə aradan qaldırılacaqdır. Xalqımızın sağlamlığının qorunması və təlabatının ödənməsi, ölkəmizin xarici idxaldan asılılığın aradan qaldırılması üçün görülən bu tədbir təqdirəlayiqdir.

Virusla mübarizədə maskalar və dezinfeksiya edici məhlullardan istifadə etmək xüsusi önəm daşıyır. Amma ən əsası bütün təlimatlara və karantin rejimində #evdəqal göstərişinə əməl edərək, sağlamlığımızı birlikdə qorumaqdır!”

 


OXŞAR XƏBƏRLƏR