Deputat: “Prezidentin cəbhə bölgəsində yerləşən hərbi hissəyə səfəri düşmənə mesajdır”

Deputat: “Prezidentin cəbhə bölgəsində yerləşən hərbi hissəyə səfəri düşmənə mesajdır”
 

"Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin cəbhə bölgəsinə səfəri çərçivəsində Ağdam rayonu ərazisində yerləşən "N” saylı hərbi hissədə olması ölkəmizdə ordu quruculuğuna, hərbçilərin döyüş qabiliyyətinin artırılmasına və onların məişət problemlərinin həllinə olan diqqət və qayğının göstəricisidir”.

Bunu "Report”a açıqlamasında Milli Məclisin deputatı Ülvi Quliyev bildirib.
O deyib ki, Prezident İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi 2003-cü ildən ölkədə ordu quruculuğu gücləndirilib. Deputat qeyd edib ki, hər il dövlət büdcəsindən orduya ayrılan vəsaitin miqdarı artırılır: "Bunun nəticəsində ordunun maddi-texniki bazası gücləndirilib, Azərbaycan dünyanın hərbi sənayesi inkişaf etmiş ölkələrindən ən müasir silah-sursat, texnika alıb. Bundan başqa, hərbçilərin sosial-məişət şəraitinin yaxşılaşdırılması, onların mənzillə təmin edilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Müdafiə Nazirliyinin hərbi qulluqçuların və mülki əməkdaşlarının əməkhaqqları mütəmadi artırılır. Ordumuz il ərzində bir neçə dəfə genişmiqyaslı təlimlər keçirir. Həmin təlimlərdə ən müasir silah və texnikalar nümayiş etdirilir, şəxsi heyətin döyüş qabiliyyəti artırılır. Eyni zamanda hərbçilər təlimlərdə yeni bilik və bacarıqlara yiyələnirlər, müasir silah və texnikanı daha dərindən mənimsəyirlər”.
Ü.Quliyev vurğulayıb ki, bütün bunların nəticəsində Azərbaycan Ordusu regionun ən güclü ordusuna çevrilib: "Ordumuz dünyanın əlli ən güclü silahlı qüvvələri sırasındadır. Ən əsası isə Azərbaycan Ordusu Ermənistan ordusundan dəfələrlə üstündür. 2016-cı ilin Aprel döyüşləri bunu bir daha sübut etdi. Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etməyə tam hazır və qadirdir”.
Ü.Quliyevin fikrincə, ordu sistemində müşahidə olunan ən vacib dəyişikliklərdən biri də yeni hərbi hissələrin tikintisi, köhnə tikililərdə yerləşən hərbi hissələrin əsaslı təmir olunaraq istifadəyə verilməsidir: "Silahlı Qüvvələrin modernləşdirilməsi, hərbi hissələrin müasirləşdirilməsi istiqamətində görülən işlər ardıcıl xarakter daşıyır. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 3-də Ağdam rayonu ərazisində yeni hərbi hissədə olub. Bu hərbi hissə cəbhə bölgəsində yerləşir". 
"Cənab Prezidentin cəbhə bölgəsində yerləşən hərbi hissəyə səfər etməsi təsadüfü deyil. Çünki Ermənistan torpaqlarımızın 20 faizini işğal edib və işğala son qoymaqdan boyun qaçırır. Düşmənə dərs vermək, torpaqlarımızı işğaldan azad etmək üçün ordumuzu daimi gücləndirməliyik, döyüş qabiliyyətini artırmalıyıq. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu iş çox uğurla həyata keçirilir. Cəbhə bölgəsində müasir tələblərə cavab verən yeni hərbi hissənin tikintisi, cənab Prezidentin oraya səfəri, Müdafiə Nazirliyinin rəhbərliyi ilə operativ müşavirə keçirməsi düşmənə mesajdır. Bu mesaj da ondan ibarətdir ki, Azərbaycan heç vaxt işğalla barışmayacaq, sülh danışıqları nəticə verməsə müharibə yolu ilə torpaqlarını işğaldan azad edəcək. Ermənistan rəhbərliyi bu mesajdan nəticə çıxarmalıdır”. 

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...