“Deputat düzgün yaza, fikirlərini insanlara aydın çatdıra bilmirsə...” - Açıqlama

“Deputat düzgün yaza, fikirlərini insanlara aydın çatdıra bilmirsə...” - Açıqlama
Son iki gün ərzində Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev və deputat Cavanşir Paşazadənin feysbuk hesablarında etdikləri paylaşımlar geniş müzakirələrə, ictimai qınağa səbəb olub.

Belə ki, yazıçı öz səhifəsində azyaşlı uşağa yaxşılıq etdiyini paylaşıb, deputat isə paylaşımında ciddi qrammatik səhvlərə yol verib.

Cavanşir Paşazadənin sözügedən paylaşımı sürcüsünün etməsi ilə bağlı açıqlama verməsi isə daha böyük qınağa səbəb oldu.
 
Hər iki situasiya ilə bağlı Sfera.az-a danışan "Dərya” Tədris Psixologiya Mərkəzinin rəhbəri, psixoloq Gülnar Orucova sıradan bir insanın qrammatik səhvə yol verməsinin normal, deputat üçün isə bu halın qəbuledilməz olduğunu bildirib. Psixoloq ictimai qınağın yanlışların düzəldilməsində mühüm rol ifadə etdiyini deyib:

"Millət vəkilliyinə namizədlik irəli sürüləndə qarşıya müəyyən tələblər qoyulur. Deputat qrammatik qaydalara raiyət edib, düzgün yaza, fikirlərini insanlara aydın çatdıra bilmirsə, onun deputatlığı da sual altına düşür.
 
İndi bəzi şəxslər klaviaturada yazmaq rahat və tez olsun deyə, latın qrafikalı Azərbaycan əlifbasından istifadə etmir və bununla da yazarkən müxtəlif səhvlərə yol verir. Lakin bir müəllim, bir deputat  belə səhvlərə qətiyyən yol verməməlidir. Yox, əgər, bu şəkildə yazıda səhvlər olarsa, o zaman ictimai qınaqdan incimək yox, nəticə çıxarmaq lazımdır”.

Sosioloq Lalə Mehralı isə Çingiz Abdullayevin paylaşımının tənqid edilməsinin doğru olmadığını bildirib: "Cavanşir Paşazadənin paylaşımı və ictimai qınaqdan sonra bu paylaşıma münasibəti məni çox güldürdü. Normalda xarici ölkəyə səfərə gedəndə sürücü deputatın yanında getmir. Bundan başqa nə üçün belə vacib postda qərarlaşan bir insan mühüm məlumatı paylaşarkən sürücünün köməyindən istifadə edir? Sürücü deputatın meneceri deyil, onun təmsilçisi deyil, ona görə də belə bir açıqlama mənə qəribə gəldi.
 
Çingiz Abdullayev isə həddən artıq intellektual, ziyalı insandır. O  etdiyi paylaşımı özünü reklam üçün yox, müsbət aura yaratmaq üçün edib. Burada gülməli, ələ salmalı nə isə yoxdur. İctimai şəxslər etdikləri yaxşılıqları nə qədər paylaşsalar, o qədər yaxşıdır”. 
 
İnci
 

OXŞAR XƏBƏRLƏR