Depressiv xəstələrdə kardioloji problemlərin yaranma riski 10 dəfə çoxdur

Depressiv xəstələrdə kardioloji problemlərin yaranma riski 10 dəfə çoxdur
 Depressiv xəstələrdə kardioloji problemlərin yaranma riski 10 dəfə çoxdur. Kardioloji xəstələrin 30 faizində depressiv hallar müşahidə edə bilərik.

Sfera.az trend-ə istinadən xəbər verir ki, bunu Psixi Sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılov "Kardiologiya və psixiatriya: kardioloji pasiyentlərdə psixi pozuntuların profilaktikası" mövzusunda elmi-praktik konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, kardioloji problemləri olan insanlarda sağlam insanlara nisbətən həm depresiya, həm təşvişli pozuntular, həm də stresslə bağlı pozuntular daha çox olur.

F.İsmayılov əlavə edib ki, kardioloji xəstələrin müəyyən hissəsində depressiv hallar müşahidə edilsə də, onların ilkin şikayətləri depressiya ilə bağlı olmur. Belə xəstələr ürəkdə ağrının olması şikayəti ilə müraciət edirlər və bu hal da depressiv xəstələrə xasdır. 50 yaşdan sonra insanlarda həm kardioloji problemlər, həm də psixoloji problemlər çox olur. Onlara xüsusi diqqət və yanaşma lazımdır".


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...