Dəhşətli qətlin üstü açıldı - Onlar 3 nəfər olublar

Dəhşətli qətlin üstü açıldı -  Onlar 3 nəfər olublar

Dekabrın 18-i axşam saatlarında Samux rayonunda törədilən qətlin üstü açılıb. Rayonun polis və prokurorluq əməkdaşlarının birgə keçiridikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin 3 nəfərdən ibarət dəstə tərəfindən törədildiyi müəyyən edilib.

Sfera.az xəbər verir ki, Samux Rayon Polis Şöbəsindən Trend-ə verilən məlumata görə, cinayəti rayon sakinləri 28 yaşlı Pərviz Həsənov, 27 yaşlı Rəşad Nəsibov və 25 yaşlı Azad Günəşli qabaqcadan əlbir olaraq törədiblər. Polis hər üç şəxsi saxlayıb.

Saxlanılan şəxslər ilkin ifadələri zamanı cinayəti tamah məqsədi ilə törədiklərini, evdən xeyli miqdarda qızıl-zinət əşyaları götürdüklərini etiraf ediblər. Qiymətli əşyalar maddi-sübut kimi götürülərək istintaqa təhvil verilib.

Xatırladaq ki, Samux sakini 62 yaşlı Lütviyyə İsmayılovanın yaşadığı mənzildə meyiti tapılıb. Qarətçilər qadını əvvəlcə bıçaqla qətlə yetirib, sonra isə evə od vuraraq hadisə yerini tərk ediblər.

Faktla bağlı Samux Rayon Prokurorluğunda cinayət işi başlanılıb.


OXŞAR XƏBƏRLƏR

Tarixdəki ən qısa müharibələr

1896-cı ildə Britaniya ilə Afrika sahillərindəki kiçik bir ada dövləti olan Zanzibar arasında təəccüblü şəkildə qısa bir münaqişə baş verdi.   Sfera....

Moskvada bu tarixdə spirtli içkilərin satışı dayandırılacaq

Rusiyanın paytaxtı Moskvada 9 May günü - Qələbə paradının keçirilməsi zamanı mərkəzdə spirtli içkilərin satışına məhdudiyyət qoyulacaq.   Sfera.az xə...

Nazir həbs olunan müdirin yerinə onu təyin etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Quba-Xaçmaz Regional filialına müdir təyin edilib.   ...

AFFA rəqiblərini təhqir edən 3 futbolçunu cəzalandırdı

AFFA İntizam Komitəsi üç futbolçunu cəzalandırıb.   Sfera.az xəbər verir ki, buna onların rəqib futbolçuları təhqir etməsi səbəb olub.   X...

Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb.   Bu barədə Sfera.az-a Qafqaz Müsəlmanları İdarəsi...

Azərbaycanda 10 saatlıq nadir ƏMƏLİYYAT: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - VİDEO

Bakıda 28 yaşlı ana səkkiz aylıq oğlunun həyatda qalması üçün qaraciyərinin bir hissəsini ona verib.   Sfera.az-ın məlumatına görə, orqan transplanta...