De Byazi millidə qaldı – Rəsmi
12:56 / 02.12.2021
623
AFFA millimizin baş məşqçisi Canni De Byazi ilə bağlı qərarını verib.
Sfera.az xəbər verir ki, AFFA-nın İcraiyyə Komitəsnin bugünkü iclasında italiyalı mütəxəssislə yolların davam etdirilməsi qərarına gəlinib. O, ən azı 2022-23 mövsümü Millətlər Liqasının sonuna qədər millinin baş məşqçisi olacaq.
Qeyd edək ki, Canni De Byazi 2020-ci ilin avqustundan millimizi çalışdırır. Onun yığmamızla müqaviləsi noyabrın 30-u başa çatmışdı.