“DAVAM”ın sədri Nihad Allahyarlı kimdir? - DOSYE

“DAVAM”ın sədri Nihad Allahyarlı kimdir? - DOSYE
Xəbər verdiyimiz kimi "DAVAM” Ümumrespublika Gənclər Hərəkatı təsis edilib. Təşəbbüs Qrupunun qərarına əsasən Nihad Allahyarlı "DAVAM” Ümumrespublika Gənclər Hərəkatının sədri seçilib.

Nihad Allahyarlı ictimai fəaliyyətə təhsil aldığı Azərbaycan Dövlət İqtisad Universiteti THİK-nin sədr müavini olaraq başlayıb. Daha sonra "Eurovision 2012” mahnı müsabiqəsi və "U-17 Qadınlararası Dünya Çempionatı”nın Əməliyyat Komitələrində fəaliyyət göstərib. 

2013-2014-cü illərdə "İRƏLİ” İctimai Birliyinin təlim və karyera mərkəzinin rəhbəri, 2015-2017-ci illərdə Azərbaycan Dövlət İqtisad Universiteti - İnnovativ Biznes İnkubatorun layihələr və kommunikasiya departamentinin rəhbəri kimi çalışıb. 

2013-cü il Azərbaycan Respublikasında Prezident seçkilərində Cənab İlham Əliyevin seçki platformasına dəstək məqsədi ilə həyata keçirilən "10il” kampaniyasının rəhbəri, "Mənim Prezidentim” layihəsinin koordinatoru olub. 

2016-cı ildə Prezident İlham Əliyevin təklifi əsasında baş tutan Azərbaycan Respublikasında  Referendum üzrə "Bələdiyyə” təşviqat qrupunun vəkili kimi təşviqat prosesində Şamaxı, Sabirabad və Qazax rayonlarında yerli əhali ilə görüşlərdə iştirak edib. 

N.Allahyarlı 2016-2018-ci illərdə mərkəzi ofisi Almaniyanın Berlin şəhərində yerləşən YPİDA Beynəlxalq Qeyri-Hökümət Təşkilatının İdarə Heyətinin üzvü və alt qurumu olan "Əlaqələndiricilər Şurası”nda ölkə təmsilçisi kimi fəaliyyət göstərib. Bu günə qədər 100-dən çox  lokal, 11 beynəlxalq layihəyə rəhbərlik edərək icraçısı olub. 

2019-2020-ci illərdə ölkənin ən böyük tələbə kontingentinin təhsil aldığı Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində çalışıb.

Səbail Bələdiyyəsinin üzvüdür. 2019-cu il Bələdiyyə seçkilərində 29 saylı Səbail seçki dairəsindən 8 minə yaxın seçicinin dəstəyini qazanaraq Səbail Bələdiyyəsinin üzvü seçilib və ölkə üzrə ən çox səs toplayan namizədlərdən biri olub. 2020-ci il ölkəmizdə baş tutan növbədənkənar parlament seçkilərində 20 saylı Nərimanov ikinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının vahid namizədi olub.


OXŞAR XƏBƏRLƏR

Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə GÖRÜŞDÜ - FOTO/VİDEO

Quru Qoşunlarının qərargahında Aprelin 20-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.   Bu barədə ...

Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ ETDİ

Ermənistanın və bir sıra digər xarici ölkələrin media resurslarında Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı hərbi məqsədlərlə istifadə edilməsi haqqında mən...

TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı AÇIQLAMA: "Həkiməqədər..."

"Əməkdar artist Cavanşir Məmmədovla bağlı bu gün saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub".  ...

Rusiya kvotanı artırdı – Daha çox taxıl ixrac ediləcək

Rusiya hökuməti taxıl məhsullarının ixracı üçün müəyyənləşdirdiyi kvotanı artırıb.  Sfera.az xəbər verir ki, bununla bağlı qərarı Nazirlər Kabineti qə...

“Anlamaq olmur ki, Qərb nə istəyir? ” – VİDEO

“Əslində Rusiya sülhməramlıların Qarabağa gəlişi də, gedişi də dünyada diskusiyalara səbəb olmuşdu. Burada qeyri-adi heç nə yoxdur. Çünki burada söz sahib...

Cavanşir Məmmədov VƏFAT ETDİ

Əməkdar artist Cavanşir Məmmədov dünyasını dəyişib.   Sfera.az-ın  Axşam.az-a istinadən məlumatına görə, müğənni bu gün 70 yaşında qəfil ür...