Daşkəsəndə kütləvi dava

Daşkəsəndə kütləvi dava
 
Daşkəsən rayonunda sərxoş gənclər arasında kütləvi dava düşüb.
"Report"un Qərb bürosunun məlumatına görə, gecə saatlarında rayonun Nizami Gəncəvi küçəsində bir qrup gənc hələ ki bilinməyən səbəblərdən mübahisə edib.
Nəticədə əlbəyaxa olan gənclərdən 2-si baş və üz nahiyəsindən müxtəlif dərəcəli xəsarət alıb. Hadisə yerinə gələn Daşkəsən rayon Polis şöbəsinin əməkdaşları tərəfindən davanın qarşısı alınıb və 5 nəfər saxlanılaraq şöbəyə aparılıb.
Faktla bağlı Daşkəsən rayon Polis şöbəsində araşdırma aparılır.



OXŞAR XƏBƏRLƏR