Danimarka süni adaya 28 milyard avro xərclədi – Enerji istehsal edəcək

Danimarka süni adaya 28 milyard avro xərclədi – Enerji istehsal edəcək
Danimarka Krallığı tarixində 28 milyard avroya başa gələn ən böyük layihə tezliklə start götürəcək. Şimal dənizindəki süni adada istehsal olunan enerji Almaniya, Hollandiya və hətta Böyük Britaniyadakı istehlakçılara yönləndiriləcək.
 
Danimarkanın qəbul etdiyi  iqlim qanunu çox iddialı bir plandır. Bu qanun 2010-cu ilədək istixana qazlarının remissiyasının 70 faiz məhdudlaşdırılmasını nəzərdə tutur. Nəzərə alınmalıdır ki, Avropa Birliyi zərərli tullantıların atmosferə buraxılmasının 55 faizədək azaldılmasını nəzərdə tutan plan qəbul edib.
 
Sfera.az bildirir ki, Danimarka bu məqsədə çatmaq üçün süni ada  inşa edəcək, buradan 3 milyon əhalisi olan bütöv bir şəhər elektrik enerjisi ilə təmin olunacaq.
 
Danimarka 2020-ci ilin dekabrında istixana effektli istənilən qaz istehsalının dayandırıldığı açıqlandı. Üstəlik, Danimarka hakimiyyəti artıq Şimal dənizində neft və qaz yataqları axtarmayacağını da bəyan etdi. Yalnız bu cür tədbirlər sayəsində Danimarka  2050-ci ilə qədər tam iqlim neytrallığı əldə edə biləcək. Bu məqsədlə qitəyə ən azı 3 milyon ev təsərrüfatını "yaşıl” enerji ilə təmin edəcək süni ada inşa olunacaq.
 
Danimarkanın inşaat tarixində hələ heç kim buna cürət etməmişdi. Bu nəhəng adanın ölçüsü 18 futbol meydançasının sahəsinə bərabər olacaq, yəni 120 min kvadrat metrlik ərazini əhatə edəcək. Adanın ilk layihədə nəzərdə tutulduğundan 3 dəfə böyük olacağı da istisna edilmir.
 
Danimarkanın qərb sahillərindən 80 kilometr məsafədə dənizə üzən platforma buraxılacaq, layihə də elə həmin platformadan başlayacaq. Sözügedən platforma qismən dövlət mülkiyyəti, qismən də özəl olacaq. İndiyə qədər layihəyə 28 milyard avro xərclənib.

Danimarkanın energetika  naziri Dan Yorqensen hesab edir ki, bu layihəyə start verilməsi qlobal "yaşıl” transformasiya üçün gözəl imkanlar açır. O, sözügedən layihəni Avropa dəniz külək enerjisinin nəhəng potensialının reallaşdırılmasına əhəmiyyətli bir töhfə kimi qiymətləndirir.

Süni ada yüzlərlə dəniz külək turbinləri ilə birləşdiriləcək. Bu süni ada qurudakı ev təsərrüfatlarını elektrik enerjisi ilə təmin etməklə yanaşı, həm də gəmiçilik, aviasiya, sənaye və ağır nəqliyyatda istifadə üçün yaşıl hidrogen verəcək.

Layihənin birinci mərhələsi, ümumi gücü 3 giqavat olan 200-ə yaxın külək turbininin dənizdən adaya, oradan da yalnız yerli ev təsərrüfatlarına deyil, həm də materikə və yaxın dövlətlərə enerji ötürüməsini nəzərdə tutur.
 
Danimarkadakı Texniki Universitetin professoru Yakob Osterqard BBC-yə bildirib ki,  bu enerjidən Almaniya, Hollandiya və ya Böyük Britaniya istifadə edə bilər. Layihənin icrası  süni adada 10 giqavat enerjinin yaranmasına səbəb  ola bilər ki, bu da  Avropada 10 milyon evi enerji ilə  təmin etmək imkanı verər.
Amma danimarkalılar daha da irəli gedərək, Baltik dənizindəki Bornholm adasında gücü 2 giqavat olan enerji mərkəzi yaratmaq istəyirlər. Bu barədə danimarkalı professor Y. Osterqard məlumat verib.

Amma iddialı planı həyata keçirmək üçün dünyanın ən böyük külək turbinləri istehsalçılarından  olan Danimarkanın Vestas şirkəti əvvəlcə 15 giqavat gücə malik  turbinləri bazara çıxaracaq. Hündürlüyü 261, bıçaqlarının eni 115,5 metr olan bu külək generatoru dünyanın ən böyük və ən güclü külək generatoru olacaq. Bircə belə konstruksiya saatda 80 min meqavatt elektrik enerjisi istehsal etməyə imkan verəcək ki, bu da Avropada 20 min evin  elektrik enerjisi ilə təmin edilməsini və zərərli qaz emissiyalarının 38 min ton azaldılmasını mümkün edə bilər.

Vestas artıq bir ildən sonra öz külək nəhənginin prototipini təqdim etməyi planlaşdırır. Bütün işlər plana uyğun getsə, 2024-cü ildən kütləvi istehsala başlanacaq. Bir sözlə, Danimarka XXI əsrin çağırışlarına layiq yenilikçi yanaşma nümayiş etdirməklə   qlobal enerji gücünə çevrilir.
 
Yeri gəlmişkən, Azərbaycan da  sahil dövlətidir axı. Demək Xəzər  bölgə əhəmiyyətli analoji layihə üçün plasdarm ola bilər.
 
Mənbə: Haqqın.az
Tərcümə: Selcan
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...