Daha iki güləşçimiz koronaya yoluxdu

Daha iki güləşçimiz koronaya yoluxdu
Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin 2 üzvündə koronavirus aşkarlanıb.

Bu barədə Sfera.az-a Azərbaycan Güləş Federasiyasının sözügedən güləş növü üzrə vitse-prezidenti Elçin Cəfərov məlumat verib.

Onun sözlərinə görə, yığmanının güləşçilərindən başqa, daha bir idmançının testi müsbət nəticə verib: "Həmin şəxs sparrinq-rəqibdir. Heç kim bu xəstəlikdən sığortalanmayıb. Məncə, hamı bu virusa yoluxacaq. Kim bundan necə çıxacaq, bunu gələcək göstərəcək. Güləşçilər də bu cəmiyyətin nümyəndələridir. Məşqlərə gəlib-gedirlər, ictimai nəqliyyatdan istifadə edirlər. Virusa yoluxanlar təlim-məşq toplanışından kənarlaşdırılıblar. Hər üçünün müalicəsinə başlanılıb. O qədər də qorxulu bir şey yoxdur".

Federasiya rəsmisi virusa yoluxmamaq üçün gördükləri tədbirlərdən də danışıb:

"Federasiyada bu ilin martından hamıya ciddi nəzarət var. Bunun nəticəsidir ki, virusa ən az yoluxan bizim idmançılardır. Məşqə gələndə maka taxmalarına, dezinfeksiyaedici məhlullardan istfadələrinə nəzarət edirik. Amma sonrakı vaxtlarını harada keçirdiklərini bilmirik. Hər şeyə məsuliyyətlə yanaşmaq, ciddi qəbul etmək lazımdır. Bunların çoxu gənc olduqları üçün vəziyyətə ciddi yanaşmırlar. Ətrafımızda olan insanlardan dünyasını dəyişənlər oldu. Bəziləri xəstəxanalardadır. Hər gün xəstə sayı artır. Hamı təhlükəsizlik tədbirlərinə tam əməl etməlidir. Maskanı yalnız yolda polis görəndə taxmamalıdır. Qərar qəbul olunubsa, deməli, hamıya aiddir. Kim əməl edirsə, xəstəlik ondan uzaq olur".

Qeyd edək ki, daha əvvəl sərbəst güləş üzrə Azərbaycan yığmasında koronavirusa kütləvi yoluxma baş verib.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...