Daha bir mülki şəxs yaralandı
12:35 / 01.10.2020
1142
Bu gün səhər saatlarından başlayaraq Ermənistan ordusu Tərtəri ağır artilleriyadan atəşə tutur.
Sfera.az xəbər verir ki, düşmən tərəfindən atılan mərmi nəticəsində rayonun Azad Qaraqoyunlu kənd sakini, 1978-ci il təvəllüdlü Mehdiyev İsmayıl Rüstəm oğlu yaralanıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, bu gün ümumilikdə Tərtərə 400-ə yaxın mərmi düşüb. Bu mərmilərdən biri mülki sakin 1982-cı il təvəllüdlü Həsənov Zabil Məhəmməd oğlunun ölümünə səbəb olub. Bundan başqa, bir sıra yaşayış evləri və iaşə obyektləri dağılıb. (qafqazinfo)