Daha bir əsgərimiz şəhid oldu

Daha bir əsgərimiz şəhid oldu

Ötən gün və gecə ərzində Silahlı Qüvvələrimizin bölmələri müxtəlif istiqamətlərdə düşmənin təxribat törətmək cəhdlərinin qarşısını qətiyyətlə alaraq onun atəş nöqtələri və mövqelərinə müxtəlif çaplı silahlardan dəqiq zərbələr endiriblər.

Sfera.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, qarşı tərəfin bir neçə texnikası sıradan çıxarılıb, şəxsi heyəti arasında ən azı 2 nəfər ölən və 4 yaralanan var. Ümumilikdə ermənilər həftə ərzində 18 ölü və 20-dən artıq yaralı olaraq itki verib.

Düşmənlə döyüş toqquşmasında Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər Nurməmmədzadə İbrahim Əvəz oğlu həlak olub.

Allah rəhmət eləsin!


OXŞAR XƏBƏRLƏR