Cəzalandırılarkən dişlənən və döyülən uşağın cəsədi polisləri heyrətə gətirdi - FOTO-VİDEO

Cəzalandırılarkən dişlənən və döyülən uşağın cəsədi polisləri heyrətə gətirdi - FOTO-VİDEO
 

Diş izləri və aldığı zədələrdən göyərmiş dörd yaşlı uşağın cəsədi polisləri belə heyrətə gətirib.

Sfera.az xəbər verir ki, ürək parçalayan hadisə ABŞ-ın Viskonsin ştatında qeydə alınıb.

Qızcığazın qətli ilə əlaqədar anası Kristina Kollado və onun sevgilisi Cerom Millen saxlanılıb.

21 yaşlı qadın qızını gecə yatağına qoyduğunu, səhəri gün isə Ceromun balacanı oyatmağa getdikdə uşağın heç nəyə reaksiya verməyəcək halda olduğunu bildirib.

Bundan sonra onlar təcili yardıma xəbər veriblər. Çağırışa gələn tibb işçiləri isə gördükləri mənzərədən dəhşətə gələrək dərhal polisə xəbər veriblər.

Həkimlərin səyinə baxmayaraq, uşağın həyatını xilas etmək mümkün olmayıb.

"Araşdırma zamanı qurbanın fiziki olaraq istismar edildiyi məlum olub. Bu hadisə cinayət hadisəsi kimi qeydə alınıb”, - deyə hüquq-mühafizə orqanından bildirilib.

Şübhəli cütlüyə yaxın digər mənbələrin polisə verdiyi məlumata görə, Millen balaca qızı fiziki istismar edib, cəzalandırarkən həddi aşıb.

Hadisə ilə əlaqədar cinayət işi qaldırılıb.

(oxu.az)


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...