Ceyhun Osmanlı: \"Bu layihə indiyə qədər olmuş bənzəri layihələrdən fərqlənir\"

Ceyhun Osmanlı:  \
"Qənimətlər Parkı və Muzeyi bu günə qədər Azərbaycanda qurulmuş və qurulacaq bütün park və muzeylərdən fərqlənir". 
 
Sfera.az xəbər verir ki, bunu politoloq Ceyhun Osmanlı bildirib. 

Politoloq parkı açıq dərs kimi qiymətləndirib:

"Bu parkın hər bir qarışı sanki açıq dərsdir, canlı tarixdir!

Bu park Azərbaycanın Ermənistan üzərində həm hərbi, həm də psixoloji üstünlüyünün təcəssümüdür.

Azərbaycan vətəndaşları bu parkda hər dəfə gəzərək hərbi qənimətlərlə tanış olduqca Azərbaycan ordusunun əzəməti, Ermənistan ordusunun acizliyini gözüylə görəcək, əldə edilən hər bir qənimətin texniki göstəriciləriylə tanış ola biləcək.

Parkı unikal edən digər bir cəhət isə xarici mütəxəssislərin mühəndisliyi ilə ermənilərin inşa etdiyi məşhur səddlərin eynisinin parkda yaradılmasıdır. Bu sədd Ermənistan ordusu üçün çox şey ifadə edirdi. Bütün erməni xalqı əmin idi ki, Azərbaycan ordusu bu səddi  keçə bilməz. Ermənilər bu səddlərin  tikintisinə milyardlarla vəsait xərcləmişdi. Bu sədd saysız-hesabsız minalardan, bataqlıqlardan, kirpi maneələrdən, çuxurlardan, dərələrdən, təpələrdən, tellərdən, aldadıcı hiylələrdən, istehkamlardan, silah anbarlarından, səngərlərdən, komanda nəzarət məntəqələrindən, sığınaqlardan, kazarmalardan ibarət idi". 

C.Osmanlı Azərbaycan ordusunun erməni səddlərini dağıtmasının erməni mifinin də dağılması ilə nəticələndiyini qeyd edib

"Nəinki ermənilər, hətta onlara dəstək verən xarici qüvvələr də əmin idi ki, Azərbaycan ordusu erməni səddlərini  keçə bilməz. Lakin Azərbaycan ordusu bu səddləri dağıtdı və bununla da bütün dünyada erməni ordusu, mühəndisləri və onların dəstəkçiləri barədə mifi darmadağın etdi.

Qənimətlər Parkında bu səddin eynisi yaradılıb. Ermənilərin öz səngərlərində və səngərlərdə tikdikləri yuvalardan Azərbaycan səngərlərinə doğru nəzərə çarpmadan baxmalarını nümayiş etmək üçün mulyajlarından istifadə edilib. Erməni əsgəri mulyajlarından istifadə etməklə ermənilərin öz səngərlərində istifadə etdiyi bütün hiylələr nümayiş olunub.

Hər kəsə bu parkı diqqətlə gəzməyi, öyrənməyi, xüsusilə Azərbaycan əsgərinin darmadağın etdiyi erməni səddlərinin hər bir incəliyi ilə tanış olmağı tövsiyyə edirəm.

Qısa zamanda ərsəyə gələn bu Park bir canlı tarixdir! Bir qürur mənbəyidir! Möhtəşəm bir əsərdir!

Başda Ali Baş Komandan olmaqla bu möhtəşəm əsərin yaranmasında əməyi keçən hər kəsə təşəkkür edirəm!"
 
 












İnci
Sfera.az


OXŞAR XƏBƏRLƏR

"Azərkosmos" “Türksat”la kommersiya müqaviləsi BAĞLADI

Türkiyənin Ankara şəhərində keçirilən Mərkəzi Asiya regionunun kosmik agentlik rəhbərlərinin Kosmik Texnologiyalar Konfransında (STC2024)&nb...

36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının qalibi OLDU

Bu il 36 azərbaycanlı tələbə 2024/2025-ci tədris ili üçün İsveç İnstitutunun Qlobal Peşəkarlar üçün Təqaüd Proqramının qalibi olub.   Sfera.az bu bar...

Xalq artistinin konsertində izdiham yaşandı - VİDEO

Xalq artisti Tünzalə Ağayeva Dənizkənarı Milli parkda baş tutan xalq konsertində iştirak edib. Sferaz.az xəbər verir ki, pop ulduz həmin gecə üçün ağ libas...

Paşinyan: "Hazırda danışıqlar masası üzərində Ermənistanın gələcəyidir"

“Elə bir məqama gəlib çatmışıq ki, hazırda danışıqlar masası üzərində Ermənistanın gələcəyidir”.   Sfera.az “news.am”a i...

"Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda əməkdaşlıq edir" - Deputat

Bu gün Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir. &nbs...

Baş nazir yeni qərar İMZALADI

Nazirlər Kabineti “Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qra...