Ceyhun Bayramov Əlcəzairin yeni səfiri ilə görüşdü

Ceyhun Bayramov Əlcəzairin yeni səfiri ilə görüşdü
Xarici işlər naziri Ceyhun Bayramov Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Salima Abdelhakı diplomatik fəaliyyətinin bitməsi münasibətilə qəbul edib.

Sfera.az xəbər verir ki, nazir Ceyhun Bayramov səfirin ikitərəfli münasibətlərin inkişafı istiqamətindəki səylərini yüksək qiymətləndirib və ona gələcək fəaliyyətində uğurlar arzu edib. Azərbaycan ilə Əlcəzair arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu vurğulayan nazir, bu əlaqələrin müxtəlif istiqamətlərdə daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu qeyd edib.

Nazir Ceyhun Bayramov qarşı tərəfə bölgədə münaqişə sonrası yaranmış yeni vəziyyət və Azərbaycan tərəfindən üçtərəfli bəyanatların icrası ilə əlaqədar həyata keçirilən konkret addımlar barədə ətraflı məlumat verib. Ərazilərimizin işğalı amilinin aradan qaldırılması ilə bölgədə yeni əməkdaşlıq imkanlarının yarandığı qarşı tərəfin diqqətinə çatdırılıb.

Nazir, həmçinin pandemiya ilə əlaqədar birbaşa təmasların məhdud olmasına baxmayaraq, Əlcəzairli həmkarı ilə beynəlxalq platformalarda təmaslarını qeyd edib. O, ölkələrimizin beynəlxalq təşkilatlarda, o cümlədən BMT, İƏT, QH çərçivəsində uğurla əməkdaşlıq etdiyini ifadə edib.

Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Salima Abdelhakı diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və ölkələrimiz arasındakı münasibətlərin inkişafından məmnunluqla bəhs edib. Səfir ölkəsinin hər zaman beynəlxalq hüququn norma və prinsiplərini rəhbər tutduğunu və bu xüsusda, ölkəsinin Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini dəstəklədiyini vurğulayıb.

Görüş zamanı tərəflər, iki ölkə arasında münasibətlərin inkişafı perspektivlərini müzakirə ediblər.
 


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...