Ceyhun Bayramov: \" Bu razılaşma regionda yeni imkanlar yaradır\"

Ceyhun Bayramov: \
"Azərbaycan otuz ilə yaxındır əsas diqqəti danışıqlara yönəltməklə Ermənistanın beynəlxalq hüquq normalarına, beynəlxalq təşkilatların qərarlarına uyğun olaraq, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərini boşaldacağına ümid edirdi. Azərbaycan bu münaqişənin artmasına yol verməmək, haqqın səsini beynəlxalq birlik tərəfindən duyulması üçün səy göstərib”.

Sfera.az xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramovun "TRT Deutsch” tərəfindən dərc olunmuş yazısında bildirilir.

"2020-ci ilin 10 noyabr günü Azərbaycan, Ermənistan, bütün Qafqaz regionu tarixində yeni fəsil başladı. Azərbaycan, Ermənistan və Rusiya tərəfindən imzalanmış üçtərəfli bəyanat Azərbaycanla Ermənistan arasında 30 ilə yaxındır davam edən silahlı münaqişəyə son qoydu. Bu bəyanatın icrası bütün döyüşlərin dayandırılmasına, işğal olunmuş bölgələrin Azərbaycana qaytarılmasına gətirib çıxarıb. Bəyanatda həmçinin məcburi köçkünlərin BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nəzarəti altında öz yurdlarına qaytarılmasını nəzərdə tutan mühüm müddəa da var”, - deyə yazıda qeyd olunur.

Müəllifə görə, bu razılaşma regionda yeni reallıq və əməkdaşlıq üçün yeni imkanlar yaradır: "Razılaşmanın icrasına Rusiya və Türkiyənin töhfələri xüsusilə diqqətəlayiqdir. Bu qonşu dövlətlərin mühüm rol oynayaraq zəmanətçi olduqları həmin razılaşmanın yerinə yetirilməsi Cənubi Qafqaz regionunda çoxdandır ehtiyac duyulan sülh və sabitliyi təmin edəcək. Azərbaycan münaqişə bölgələrində olan erməni mənşəli vətəndaşlarını öz siyasi, sosial, iqtisadi məkanına yenidən qovuşdurmaq, bütün vətəndaşlarına etnik mənsubiyyəti və dini etiqadına baxmayaraq, eyni hüquq və azadlıqlar təmin etmək əzmindədir. Azərbaycan Respublikasının Konstitusiyası bunun üçün möhkəm hüquqi zəmindir.

Artıq yeni postmünaqişə mərhələsinə, yenidənqurma və bərpa, dinc qonşuluğun bərpası mərhələsinə qədəm qoymuşuq. Bu da inkişaf və əməkdaşlıq üçün yeni imkanlar açır”.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...