Ceyhun Bayramov Beynəlxalq Türk Akademiyasının prezidentilə görüşdü - FOTOLAR

Ceyhun Bayramov Beynəlxalq Türk Akademiyasının prezidentilə görüşdü - FOTOLAR
Bu gün xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali ilə görüşüb.

Bu barədə Sfera.az-a Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Görüş zamanı xarici işlər naziri Ceyhun Bayramov qonağı salamlayıb, Beynəlxalq Türk Akademiyasının fəaliyyətinin türkdilli ölkələr arasında əməkdaşlıq əlaqələrini gücləndirilməsinə xidmət etdiyini qeyd edib. Nazir Akademiyanın türk dünyası irsinin, tarixinin və mədəniyyətinin araşdırılmasında apardığı işlərin ölkəmiz tərəfindən yüksək qiymətləndirildiyini ifadə edib.

Nazir Ceyhun Bayramov Azərbaycan tarixinin xüsusi dövrünü yaşadığını qeyd edərək bu zaman çərçivəsində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən beynəlxalq təşkilatlar sırasında olan Beynəlxalq Türk Akademiyasına təşəkkürünü ifadə edib və bu dəstəyin həmişə ölkəmiz tərəfindən xüsusi minnətdarlıqla xatırlanacağını vurğulayıb.

Darxan Kıdırali bu səfərin hərbi toqquşmaların davam etdiyi bir vaxtda planlaşdırıldığını, lakin qələbəyə təsadüf etməsinin məmnunluq doğurduğunu bildirib. O, bütün hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli bəyanatı alqışlayıb və bu xüsusda Beynəlxalq Türk Akademiyası adından təbriklərini ifadə edib. Darxan Kıdırali şəhidlərimizə dərin hüznlə rəhmət və yaralılara şəfa diləyib.

O, Qazaxıstan Respublikasının hökuməti ilə Türk Akademiyası arasında Türk Akademiyasının yerləşdirilməsi şərtləri və qaydaları haqqında saziş imzalanıldığını nazirin diqqətinə çatdırıb. Darxan Kıdırali Türk Akademiyasının yeni nəşrlərini nazirə təqdim edib.

Nazir Ceyhun Bayramov Akademiyanın yeni nəşrlərinin türk dünyası üçün dəyərli töhfə olduğunu bildirib. Nazir, həmçinin Qazaxıstan Respublikasının hökuməti ilə Türk Akademiyası arasında sazişin imzalanması və beləliklə də Akademiyanın tam fəaliyyətə keçməsi üçün hüquqi proseduraların yekunlaşması münasibətilə qarşı tərəfi təbrik edib.

Görüş zamanı tərəflər, habelə Türk Akademiyasının gələcək layihələri və əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar.

OXŞAR XƏBƏRLƏR

Paşinyan: "Hazırda danışıqlar masası üzərində Ermənistanın gələcəyidir"

“Elə bir məqama gəlib çatmışıq ki, hazırda danışıqlar masası üzərində Ermənistanın gələcəyidir”.   Sfera.az “news.am”a i...

"Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda əməkdaşlıq edir" - Deputat

Bu gün Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir. &nbs...

Baş nazir yeni qərar İMZALADI

Nazirlər Kabineti “Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qra...

“ByteDance” şirkəti QƏRARINI VERDİ: ""TikTok"u satmırıq!"

Çinin “ByteDance” şirkəti “TikTok” video paylaşma platformasını satmayacağına dair açıqlama verib.   Sfera.az xatırladır ki, ...

"Hücumlar artacaq, hətta növbəti aylarda..." - Ukrayna-Rusiya gərginliyi PİK HƏDDƏ

  “Baydenin göstərişi ilə Ukraynaya uzaqmənzilli “ATACMS” raketlər göndərilib. Lakin bu, Kiyevin tələbi ilə olmayıb”.  ...

Fransa və Almaniya ortaq tank layihəsi ilə bağlı anlaşma memorandumu İMZALADI

Fransa və Almaniya 2040-cı ilə qədər döyüş tankının birgə istehsalı layihəsinin növbəti mərhələsinə keçmək barədə razılığa gəliblər.   Sfera.az "...