Ceyhun Bayramov ABŞ-dakı yəhudi təşkilatlarının nümayəndələri ilə görüşdü

Ceyhun Bayramov ABŞ-dakı yəhudi təşkilatlarının nümayəndələri ilə görüşdü
Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirakı çərçivəsində Amerika Yəhudi Komitəsi (AJC) və Amerika yəhudi təşkilatlarının koalisiyasının nümayəndələri ilə görüşüb.

Bu barədə Sfera.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüş zamanı Azərbaycan hökuməti ilə yəhudi icmaları arasında əməkdaşlığın inkişafından razılıq ifadə olunub, gələcək perspektivlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycanda mövcud olan dinlərarası harmoniya, tolerantlıq və multikulturalizm ənənələri haqda ətraflı məlumat verən nazir C.Bayramov əhalisinin əksəriyyəti müsəlman olan ölkəmizdə İslam dini ilə yanaşı, xristian, yəhudi və digər dinlərə mənsub insanların qarşılıqlı anlaşma, mehriban qonşuluq və əmin-amanlıq şəraitində yaşadıqlarını diqqətə çatdırıb. Azərbaycanın bütün dünyadakı yəhudi icmaları ilə sıx əlaqələrin qurulmasına önəm verdiyini bildirib və ölkəmizdə çox sayda sinaqoq, məktəb, mədəniyyət mərkəzinin mövcud olduğunu vurğulayıb.

Görüşdə, həmçinin Cənubi Qafqaz regionundakı son vəziyyət, Azərbaycanın Vətən müharibəsi və bu müharibənin nəticələri ətrafında geniş fikir mübadiləsi aparılıb. C.Bayramov həmsöhbətinə Azərbaycan tərəfindən Ermənistanın işğalından azad edilmiş ərazilərdə aparılan geniş miqyaslı bərpa və quruculuq işləri barədə məlumat verərək, işğal dövründə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən məqsədyönlü şəkildə dağıdılması, mədəni irsin talan edilməsi barədə danışıb.

Komitə nümayəndələri Azərbaycanda yaşayan yəhudilərə göstərilən xoş münasibət, diqqət və qayğıdan məmnunluq ifadə ediblər və bu xüsusda Azərbaycan hökuməti tərəfindən ölkənin yəhudi icmasına göstərilmiş dəstək və qayğıya görə təşəkkürünü ifadə ediblər. Ölkəmizdə uzun əsrlər boyu sülh və əmin-amanlıq içərisində yaşayan yəhudi icmasının mövcudluğunun Azərbaycan və İsrail arasındakı güclü tərəfdaşlıq əlaqələrinin inkişafına əlavə güc verdiyi bildirilib.

Görüşdə, həmçinin Azərbaycanın Amerika Birləşmiş Ştatları ilə əlaqələrinin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

OXŞAR XƏBƏRLƏR

Bakı marafonu üçün 15 min iştirakçı qeydiyyatdan keçdi

Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 5-də keçiriləcək “Bakı Marafonu 2024”ə qeydiyyat başa çatıb.   Sfera.az xəbər verir ki, 7-ci d...

Mövsümi meyvələrin qiymətində dəyişiklik varmı? - VİDEO

Mövsümlə əlaqədar olaraq bazarlarda meyvələrin çeşidində çoxalma hiss olunur.   Bəs bu məhsulların hansılarında bahalaşma və ucuzlaşma hiss olun...

Tibbi arayışların elektronlaşması nə vəd edir? - AÇIQLAMA

"Əslində tibbi arayışın elektronlaşması elektron səhiyyənin bir tərkib hissəsidir”.    Sfera.az xəbər verir ki, bunu Qaynarinfo-ya aç...

Rusiyadan miqrantlarla bağlı açıqlama

Ümid edirik ki, Mərkəzi Asiya ölkələri vətəndaşlarını Rusiyaya işləmək üçün göndərəndə onlara bütün hüquqi normalara riayət etməli olduqları barədə məlumat verə...

Madonna övladlığa götürdüyü uşaqları səhnəyə çıxardı - FOTOLAR

65 yaşlı amerikalı müğənni Madonna dörd övladını səhnəyə çıxarıb. Pop Diva şəkillərini İnstaqramda paylaşıb.   Sfera.az bildirir ki, ümumilikdə Madon...

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

Ermənistanın illik qaz istehlakı, təqribən, 2,7-2,8 mlrd. m3-dir. 2023-cü ildə Rusiya Ermənistana 2,44 mlrd. m3 qaz satıb, yəni, Ermənistanın təqribən 85% qaz t...