Cennifer Lopez məşhur aktyora geri qayıtdı - Onun üçün yaşadığı şəhəri də dəyişəcək

Kateqoriya məlum deyil
T
Hollivud ulduzu, müğənni Cennifer Lopez bir vaxtlar nişanlı olub ayrıldığı aktyor Ben Afflekə görə evindən köçür.
Sfera.az bildirir ki, vaxtikən "Bennifer” adlandırılan cütlük yenidən barışıb və iddiaya görə, Miamidə yaşayan Jennifer Ben Afflekə görə Los Ancelesə köçmək fikrinə düşüb. İfaçı artıq uşaqları üçün məktəb axtarışındadır.
Münasibətlərinə bir daha şans verən cütlük artıq bir neçə dəfə paparazzilər tərəfindən görüntülənib.
Qeyd edək ki, dünya şöhrətli ifaçı Cennifer Lopez bir neçə ay əvvəl nişanlısı Aleks Rodrigezdən ayrılıb. Toyları təxirə düşən cütlük 4 illik münasibətini sonlandırıb.
Türkan
Sfera.az






